İşin təsviri
Keçid kodu: 18074/2025 EXT
Müəssisə: Nəqliyyat İdarəsi
Struktur vahidi: 1 saylı Avtonəqliyyat və xüsusi texnika sahəsi (Sumqayıt, Səməd Vurğun küç. 1231)
Müqavilə növü: Müddətli
Əmək haqqı: 5.28 AZN/saat + gündəlik 5 AZN yemək xərci
İş rejimi: Tam iş vaxtı (40 saat/həftə)
Sığorta: Tibbi və həyat sığortası
Vəzifə öhdəlikləri
- Pnevmo və tırtıllı kranların (25t-dan yuxarı) idarə olunması;
- Yüklərin yüklənməsi, boşaldılması, daşınması və quraşdırılması;
- Tros, tormoz və qoruyucu mexanizmlərin yoxlanılması;
- Texnoloji avadanlıqların yığılması və sökülməsi;
- Digər kran maşinistlərinin işinə nəzarət;
- Əməyin mühafizəsi, təhlükəsizlik və yanğın qaydalarına riayət.
Tələblər
- Azərbaycan vətəndaşlığı;
- Təhsil: Natamam orta (ən azı 2 il müvafiq sahə üzrə iş təcrübəsi);
- Sertifikatlar:
- T və TK kateqoriyalı sürücülük vəsiqəsi;
- Kran maşinisti sertifikatı (6-cı dərəcə);
- Elektrik təhlükəsizliyi (II qrup);
- Peşə-ixtisas sənədi.
(BC kateqoriyalı sürücülük vəsiqəsi üstünlükdür)
Səriştələr
- Məsuliyyət, peşəkarlıq, intizam;
- Xüsusi texnikanın idarə olunması və texniki xidmət;
- Əməyin təhlükəsizliyi, yanğınsöndürmə qaydaları;
- Komanda ilə işləmək və şifahi ifadə bacarığı.