Mühəndis (Texniki-istismar şöbəsi)

İşin təsviri

Müəssisə: Azəriqaz İB (SOCAR)
İş yeri: Tərtər şəhəri, H. Əliyev pr.
Müqavilə: Müddətli
İş rejimi: Tam iş vaxtı (40 saat/həftə)
Əmək haqqı: 988 AZN/ay + hər iş gününə 5 AZN yemək xərci
Əməyin ödənilmə dərəcəsi: 10
Sığorta: Tibbi və həyat
Elanın bitmə tarixi: 12.02.2026
Keçid kodu: 19238/2026 EXT

Əsas vəzifələr

  • Qaz şəbəkəsi üzrə texniki baxış, texniki xidmət və texniki müayinə üçün illik qrafiklərin hazırlanması və icrasına nəzarət;
  • QTTQ və QTTİQ-yə uyğun qaz kəmərləri, QTM-lər, EKM qurğuları və avtomatik idarəetmə sistemlərinə nəzarət;
  • Qazlaşma layihələrinin yerində yoxlanılması və istismara qəbul üzrə rəy verilməsi;
  • Qəza və təmir hallarında itirilmiş qazın hesablanması;
  • Qaz şəbəkəsinin diaqnostikası və texniki qiymətləndirilməsi;
  • Fərdi yaşayış evlərinin qazlaşdırılması ilə bağlı sənədlərin qəbulu və rəsmiləşdirilməsi;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi.

Tələblər

  • Azərbaycan vətəndaşlığı
  • Ali təhsil (müvafiq sahə üzrə bakalavr)
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
  • Qaz təsərrüfatı üzrə normativ sənədləri, texniki istismar və təhlükəsizlik qaydalarını bilmək
  • MS Word, Excel, Outlook bilikləri
  • Məsuliyyət, nizam-intizam, peşəkarlıq və etik davranış