Proses Təhlükəsizliyi üzrə Mühəndis

İşin təsviri

Ümumi məlumat:

Proses Təhlükəsizliyi İdarəetmə sisteminin tətbiq olunması və inkişafı istiqamətində dəstək göstərmək.

Vəzifə öhdəlikləri:

SƏTƏMM üzrə əməliyyatların mükəmməlləşdirilməsi proqramında SƏTƏMM mədəniyyətinin inkişaf etdirilməsində və Proses Təhlükəsizliyi İdarəetmə sisteminin qurulmasında dəstək olmaq;

Proses təhlükəsizliyi üzrə əlaqəli layihə sənədlərini (təhlükəsizlik sistemi avadanlıqlarının yerləşmə planı, texniki məlumat vərəqləri, Risk qiymətləndirmələri, Səbəb-Nəticə diaqramları) yoxlamaq;

Baş vermis Proses Təhlükəsizliyi hadisələri üçün Kök Səbəb-Nəticə Analizi (RCA) görüşlərində iştirak etmək (scriber kimi);

Baş vermis Proses Təhlükəsizliyi hadisələri üçün Kök Səbəb-Nəticə Analizi (RCA) görüşlərindən gələn düzəldici tədbirlərin həyata keçirilmə planını izləmək;

Baş vermis Proses Təhlükəsizliyi hadisələri üçün Kök Səbəb-Nəticə Analizi (RCA) hesabatına əsasən hadisədən öyrənilmiş dərslər sənədi hazırlamaq və paylaşmaq;

Proses Təhlükəsizliyi üzrə aylıq bulletenlər hazırlamaq və paylaşmaq;

What-if, HAZOP, LOPA, SIL kimi Proses Təhlükələri Analizi (PHA) çalışmalarında iştirak etmək.

Tələblər:

Müvafiq sahə üzrə ali təhsil (Kimya mühəndisliyi):

Proses, İstehsalat və ya Proses Təhlükəsizliyi sahəsində 3 il iş təcrübəsi;

Güclü kommunikasiya qabiliyyəti;

Komanda işi görəbilmə qabiliyyəti;

Magistr dərəcəsi üstünlükdür.

Vakansiya Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayış yeri olan şəxslər üçün nəzərdə tutulub. Elan edilmiş vakansiya üçün bütün uyğun müraciətlər dəyərləndiriləcək və onlara bərabər imkanlar veriləcəkdir.