Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər

İşin təsviri

Müəssisə: Azəriqaz İB
İş yeri: Gəncə şəhəri, Həsənli Qardaşları 35
Müqavilə növü: Müddətli
İş rejimi: Tam iş vaxtı (həftədə 40 saat)

Əmək haqqı və təminatlar:

  • Saatlıq: 4.33 AZN
  • Hər faktiki iş gününə görə 5 AZN yemək pulu
  • Sığorta: Tibbi və həyat
  • Yataqxana və iş yerinə çatdırılma təmin olunmur

Əsas vəzifə öhdəlikləri:

  • Planlı və növbədənkənar sayğac əvəzləmə və texniki baxış işlərini icra etmək
  • Sayğacların və nəzarət ölçü cihazlarının təmiri, yustirlənməsi, sınağı və quraşdırılmasını təmin etmək
  • Sızma halları və qüsurların qarşısının alınmasına nəzarət etmək
  • Abonentlərə Kağız və SMS bildirişlərinin təqdim olunmasına nəzarət etmək
  • Qaz təminatının dayandırılması və bərpa olunmasını icra etmək
  • Qaz xətləri və avadanlıqlara qanunsuz müdaxilələrin qarşısını almaq və aşkar edildikdə operativ məlumat vermək
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena və yanğından mühafizə qaydalarına riayət etmək
  • Abonentlərlə səmimi və mülayim rəftar etmək

Tələblər:

  • Vətəndaşlıq: Azərbaycan
  • Təhsil: Tam orta
  • İş stajı: Tələb olunmur

Bilməlidir:

  • Mexanizmlərin, məişət və sənaye qaz cihazlarının texniki istismarı və təmiri
  • Qazın şəbəkəyə buraxılması və avadanlığın montajı qaydaları
  • Qaz şəbəkələrinin təhlükəsiz istifadəsi və düzgün quraşdırılması
  • Qaz xətlərinə bilərziklərin quraşdırılması
  • Təbii qazdan təhlükəsiz istifadə qaydaları
  • İstehsalat və əmək intizamı