Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər (Abşeron rayonu)

İşin təsviri

Struktur: Azəriqaz İB – Sayğac əməliyyatları xidməti
Vakansiyanın kodu: 17238/2025 EXT
Elanın bitmə tarixi: 21.05.2025
İş yeri: Xırdalan şəhəri, Rufulla Axundov küçəsi (Abşeron rayonu)
Müqavilə növü: Müddətli
Əmək haqqı: 4.33 AZN/saat + 5 AZN/gün yemək pulu
Əmək dərəcəsi: 05
İş rejimi: Tam iş vaxtı (həftədə 40 saat)
İş şəraiti: Quruda
Sığorta: Tibbi və həyat sığortası
Yataqxana/Nəqliyyat: Təmin olunmur


Əsas Vəzifə Öhdəlikləri

  • Sayğac əməliyyatları üzrə:
    • Planlı və fövqəladə hallarda sayğacların əvəz olunması
    • Texniki baxış, qüsurların qeydiyyatı və yararsız sayğacların çıxarılması
    • Sayğacların göstəricilərinin qeydiyyatı və məlumatların təqdimatı
  • Qaz avadanlıqlarına xidmət:
    • Aşağı təzyiqli qaz şəbəkəsinə texniki baxış və sızmaların qarşısının alınması
    • Qaz təminatının bərpası və dayandırılması
    • Qaynaqla qaz kəsimi işlərində iştirak
  • Qanunsuz müdaxilələrin aşkarlanması və qarşısının alınması:
    • Özbaşına çəkilmə, yer dəyişmə, quraşdırma hallarında tədbirlərin görülməsi
    • Aşkarlanan hallar barədə rəhbərliyə dərhal məlumat verilməsi
  • Cihazların təmiri və sınaqdan keçirilməsi:
    • Ölçü cihazlarının nizamlama, yustirləmə, quraşdırma və texniki xidmət işləri
  • İstehlakçılarla ünsiyyət:
    • Kağız və SMS bildirişlərin təqdim olunması

Namizədə Tələblər

Təhsil:

  • Təhsil pilləsi: Tam orta təhsil
  • İxtisas: Müvafiq sahə üzrə
  • İş təcrübəsi: Tələb olunmur

Sertifikatlar:

  • Tələb olunmur

Zəruri Bilik və Bacarıqlar

  • Qaz cihazlarının və şəbəkələrinin texniki istismarı və təmiri qaydaları
  • Qaz avadanlıqlarının şəbəkəyə qoşulması və montajı
  • Qaz kəmərlərinin və yeraltı ötürücülərin texniki xüsusiyyətləri
  • Təbii qazdan və qaz avadanlıqlarından təhlükəsiz istifadə qaydaları
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və istehsalat sanitariyası

Lazımi Səriştəliklər

  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Peşəkarlıq
  • Şifahi özünüifadə bacarığı