Qaz təsərrüfatının nəzarətçisi

İşin təsviri

(Zaqatala rayonu, Müayinə və istismara qəbul xidməti)

Müəssisə: Azəriqaz İB
İş yeri: Zaqatala rayonu, Kür-Araz yaşayış massivi
Müqavilə növü: Müddətli
İş rejimi: Tam iş vaxtı (həftədə 40 saat)

Əmək haqqı və təminatlar:

  • Saatlıq: 4.33 AZN
  • Hər faktiki iş gününə görə 5 AZN yemək pulu
  • Sığorta: Tibbi və həyat
  • Yataqxana və iş yerinə çatdırılma təmin olunmur

Əsas vəzifə öhdəlikləri:

  • Qaz kəmərləri, boru xətləri və avadanlıqların müayinəsini aparmaq
  • Təhlükəli zonaları və nöqsanları aşkar edib tədbirlər görmək
  • İstehlakçılara müayinə üçün əvvəlcədən bildiriş vermək
  • Müayinə aktlarını tərtib etmək və qeydiyyata daxil etmək
  • Qeyri-standart və təhlükəli qaz avadanlıqlarını ayırmaq və aidiyyəti üzrə məlumat vermək
  • Qaz itkilərinə və qəza hallara nəzarət etmək
  • Abonentlərə təhlükəsiz istifadə və təlimat təmin etmək
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, sanitariya-gigiyena və yanğından mühafizə qaydalarına riayət etmək

Tələblər:

  • Vətəndaşlıq: Azərbaycan
  • Təhsil: Tam orta
  • İş stajı: Tələb olunmur

Bilməlidir:

  • Qaz təchizatı və istifadə qanunları
  • Qaz avadanlıqları və təhlükəsizlik qaydaları
  • Müayinə, texniki xidmət və reyestr aparılması qaydaları
  • Qaz itkiləri və texnoloji proseslər
  • Əməyin mühafizəsi, sanitariya və yanğından mühafizə