Şöbə rəisi (Memarlıq və dizayn şöbəsi)

İşin təsviri

Şəhər: Bakı
Təşkilat: Sosial İnkişaf İdarəsi
Struktur vahidi: Memarlıq və dizayn şöbəsi
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 16
Müqavilə növü: Müddətli
Əmək haqqı: 2620 AZN (aylıq) + gündəlik 5 AZN yemək pulu
İş rejimi: Tam iş vaxtı (həftədə 40 saat)
İş şəraiti: Quruda
Yataqxana və nəqliyyat: Təmin olunmur
Sığorta: Tibbi, həyat
Son müraciət tarixi: 21.04.2025

Vəzifə öhdəlikləri:
Yeni tikilən və əsaslı təmir olunan obyektlər üzrə işlərin layihəyə uyğun aparılmasına nəzarət etmək
Memarlıq-dizayn tərtibatını vermək
Layihə eskiz sənədlərinin müzakirəsində iştirak etmək, göstərişlər və düzəlişlər vermək
Tikinti norma və qaydalarına uyğun layihələrin hazırlanmasında iştirak etmək
Obyektlərin fasad və interyer dizaynı üzrə təkliflər vermək
Layihə zamanı dəyişiklik və düzəlişləri aparmaq
Eskiz layihələrinin işlənməsini təşkil etmək
Şöbə işçilərinin ixtisaslarının artırılmasına dair təkliflər vermək
Şöbənin fəaliyyətini planlaşdırmaq və mühəndis-texniki işçilərə olan tələbatı əsaslandırmaq
İş şəraitinin, kollektiv münasibətlərin və intizamın yaxşılaşdırılmasına dair tədbirlər hazırlayıb həyata keçirmək

Tələblər:
Azərbaycan vətəndaşlığı
Ali təhsil (müvafiq sahə üzrə)
5 il rəhbər və ya mütəxəssis sahəsində iş təcrübəsi
Məsuliyyət, nizam-intizam, dürüstlük, etik davranış, peşəkarlıq
Şifahi özünüifadə bacarığı

Bilməlidir:
Mövcud qanunvericilik, tikinti norma və qaydaları
Layihələndirmə və memarlıq prinsipləri
Texniki estetika, texnoloji sənədlər, tikinti materiallarının xüsusiyyətləri
Layihə və tikinti-iqtisadi hesablamalar
Əmək qanunvericiliyi və təhlükəsizlik qaydaları