Şöbə rəisi (Memarlıq və dizayn şöbəsi)

İşin təsviri

Vəzifə: Şöbə rəisi (Memarlıq və dizayn şöbəsi)
Keçid kodu: 17267/2025 EXT
Təşkilat: Sosial İnkişaf İdarəsi
Struktur vahidi: Memarlıq və dizayn şöbəsi
İş yeri: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 16
Əmək haqqı: 2620 AZN/aylıq + faktiki iş günlərinə uyğun gündəlik 5 AZN yemək pulu
Əmək müqaviləsi: Müddətli
Əmək ödəniş dərəcəsi: 16
İş rejimi: Tam iş vaxtı (həftədə 40 saat)
İş şəraiti: Quruda
Yataqxana və nəqliyyat: Təmin olunmur
Sığorta: Tibbi və həyat sığortası
Elanın bitmə tarixi: 23.05.2025


VƏZİFƏ ÖHDƏLİKLƏRİ (ƏSAS FUNKSİYALAR)

  • Memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək
  • Tikinti obyektlərinin memarlıq layihələrinə texniki rəhbərlik
  • Layihələrin normativlərə uyğunluğunu təmin etmək
  • Tikinti smeta dəyərləri və resurs ehtiyaclarının müəyyənləşdirilməsinə rəhbərlik
  • Layihə sənədlərinin tamlığını və əlaqələndirilməsini təmin etmək
  • Layihələrin ekspertizası və razılaşdırılması prosesində iştirak
  • Tikintiyə nəzarət və texniki uyğunluğun təmin olunması
  • Memarlıq-dizayn eskizlərinin hazırlanmasının təşkili
  • Şöbənin idarə olunması, iş bölgüsünün təşkili və əmək intizamına nəzarət
  • Hesabatların, arayışların və planların hazırlanması
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası

TƏLƏBLƏR

  • Vətəndaşlıq: Azərbaycan
  • Təhsil: Ali təhsil (bakalavr) – memarlıq və şəhərsalma ilə bağlı müvafiq sahə
  • İş təcrübəsi:
    • Ümumi: minimum 5 il
    • Rəhbər vəzifədə: minimum 2 il
  • Səriştə və bacarıqlar:
    • Məsuliyyət
    • Nizam-intizam
    • Dürüstlük
    • Etik davranış
    • Peşəkarlıq
    • Şifahi ifadə bacarığı
  • Kompüter bilikləri:
    • Microsoft Excel
    • Microsoft Outlook
    • Microsoft Word
  • Sertifikat tələbi: Yoxdur