İşin təsviri

Böyük mühəndis (Zaqatala rayonu, Sayğac əməliyyatları xidməti)

Müəssisə: Azəriqaz İB
İş yeri: Zaqatala rayonu, Kür-Araz yaşayış massivi
Müqavilə növü: Müddətli
İş rejimi: Tam iş vaxtı (həftədə 40 saat)

Əmək haqqı və təminatlar:

  • Aylıq: 1090 AZN
  • Hər faktiki iş gününə görə 5 AZN yemək pulu
  • Sığorta: Tibbi və həyat
  • Yataqxana və iş yerinə çatdırılma təmin olunmur

Əsas vəzifə öhdəlikləri:

  • Sayğac əməliyyatlarının planlaşdırılması və icrasına nəzarət etmək
  • Aşkar olunmuş qüsurları aidiyyəti üzrə yönləndirmək və aradan qaldırılmasını təmin etmək
  • Abonent sayğaclarının oxunması və debitor borcların izlənməsini təşkil etmək
  • Sayğacların quraşdırılması, kalibrasiyası və plomblanmasına nəzarət etmək
  • Smart-kartlı sayğacların istifadəsi və problemlərin aradan qaldırılmasını təmin etmək
  • Xidmət sahəsində qaz sərfi avadanlıqlarının və ölçü vasitələrinin düzgün istifadəsinə nəzarət etmək

Tələblər:

  • Vətəndaşlıq: Azərbaycan
  • Təhsil: Ali bakalavr, müvafiq sahə üzrə
  • İş stajı: 1 il

Bilməlidir:

  • Mexanizmlərin, qaz cihazlarının və qızdırıcı sobaların texniki istismarı
  • Qazın şəbəkəyə buraxılması və avadanlığın qoşulması qaydaları
  • Qaz şəbəkələrinin təhlükəsiz quraşdırılması və istifadəsi
  • Qaz xətlərinə bilərziklərin quraşdırılması və ötürücü avadanlığın istismarı
  • Təbii qazdan təhlükəsiz istifadə qaydaları
  • İstehsalat və əmək intizamı