Təşkilati inkişaf üzrə mütəxəssis

İşin təsviri

Ümumi məlumat:

İnsan resursları və təşkilati inkişaf sahəsində effektiv idarəetmə və dəstək göstərməklə, şirkətin strateji məqsədlərinə nail olunmasına töhfə vermək; insan resursları proseslərinin optimallaşdırılması, kadr hazırlığı və təşkilati inkişafın davamlı təmin olunmasını təmin etmək.

Vəzifə öhdəlikləri:

  • Təşkilati mədəniyyətin gücləndirilməsi və iş mühitinin inkişaf etdirilməsi ilə bağlı fəaliyyətlərin təşkil edilməsi;
  • Mütəmadi olaraq anketlər və digər qiymətləndirmə vasitələrindən istifadə edərək əməkdaşların məmnuniyyətinin və motivasiyasının izlənməsi;
  • Təşkilatın əməyin təşkili, motivasiya və işçi bağlılığı ilə bağlı tələblərini analiz edərək uyğun həllər və təşəbbüslər təklif edilməsi;
  • Təşkilatın inkişaf proqramları ilə bağlı layihələrdə, gündəlik fəaliyyətlərdə və müvafiq məlumatların toplanmasında dəstək olunması;
  • İllik performans idarəetmə dövriyyəsinin müvafiq istehsalat müəssisələri üzrə koordinasiyası, yoxlanılması, il sonu hesablanması və təhlili;
  • Bölmələrin strukturunun səmərəliliyinin artırılması və biznes məqsədləri ilə uyğunlaşdırılması məqsədilə təşkilati dəyişikliklərə dəstək göstərilməsi;
  • Departamentin gündəlik fəaliyyətləri və rəhbərliyin strateji tapşırıqları çərçivəsində, vəzifənin mahiyyətinə və məqsədinə uyğun digər zəruri funksiyaların yerinə yetirilməsi.

Tələblər:

  • İnsan Resurslarının İdarə Olunması, Biznesin İdarə Olunması, Psixologiya, Sosial Elmlər, Menecment və ya əlaqəli sahələr üzrə bakalavr dərəcəsi;
  • Əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
  • İngilis dili biliyi – A1-A2 səviyyəsində;
  • MS Office proqramlarında yüksək səviyyədə bacarıq;
  • SAP HCM və SuccessFactors (SF) modullarının işlənməsi üzrə bilik və təcrübə;
  • Yüksək səviyyədə kommunikasiya və təqdimat bacarıqları;
  • Məlumatların təhlili və hesabatların hazırlanması bacarığ.

Vakansiya Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayış yeri olan şəxslər üçün nəzərdə tutulub. Elan edilmiş vakansiya üçün bütün uyğun müraciətlər dəyərləndiriləcək və onlara bərabər imkanlar veriləcəkdir.