Texniki nəzarət üzrə mühəndis

İşin təsviri

Ümumi məlumat:

SDM-ə tabe olan bütün obyektlərində statik avadanlıqların Texniki Nəzarət fəaliyyətini həyata keçirir . SDM-in texniki nəzarət göstəricilərinə və hədəflərinə uyğunluğun monitorinqini aparır, mexaniki bütövlük inkişaflarını müəyyən etmək və həyata keçirmək üçün Texniki Nəzarət üzrə Böyük Mühəndisə dəstək verir.

Vəzifə öhdəlikləri:

Müvafiq qeyd və məlumatların dolğun,düzgün rəsmləşdirilməsinin aparılması, auditələrə təqdim edilməsi üçün hazırlanması və bu işlərdə böyük mühəndisi dəstəkləmək;
Avadanlıqların təhlükəsiz istismarına, yoxlanmasına, çıxdaş edilməsinə və təmirinə aid mütərəqqi üsulları öyrənir və istehsalata tətbiq edir;
İstehsalatların (sahələrin) mühəndis-texniki işçiləri ilə birlikdə ayrı-ayrı avadanlıqlarda yoxlama, baxış və sınaqların aparılmasında iştirak edir;
Texniki nəzarət işçilərinin, o cümlədən subpodratçıların müvafiq prosedurlara, standartlara və spesifikasiyalara uyğun işləməsini təmin etmək və onlara nəzarət etmək;
Statik avadanlıqların (borular, qoruyucu klapanlar, siyirtmələr, təzyiq altında işləyən qablar və s ) satınalmalarında texniki təsdiqi prosesinin dəstəklənməsi, tədarükçünün sahədəki işlərini izləmək;
Aylıq texniki nəzarət hesabatlarının hazırlanması və Texniki Nəzarət üzrə Böyük Mühəndisə təqdim edilməsi;
Avadanlıqların quraşdırılması, rekonstruksiyası və təmirindən sonra qəbulunda iştirak edir və texniki sənədlərin qəbuluna, sənədlərin düzgün və dolğunluğuna nəzarət edir;
Yükqaldırıcı mexanizmlərin işləmə müddətinin hesabatını aparmaq, xidmətlər tərəfindən texniki baxış və yoxlamaların keşirilməsinə, keyfiyyətli istismar qaydalarına müvafiq olaraq işləməsinə nəzarət edir;
Boru xətləri üçün avadanlıqların və Korroziyaya Nəzarət Zonalarının (KNZ) müəyyən edilməsi, nəzərdən keçirilməsi və təkmilləşdirilməsində iştirak edir,texniki nəzarət və sınaq məlumatlarını toplayır, (Asset Integrity Management ) Bütünlüyün İdarəolunması proqramı ilə avadanlığın istismar tarixini izləyir və yeniləyir;
QK (PSV)-ın sınaq və dərəcələmə (kalibrləmə) proseslərinə nəzarət etmək və sınaq qeydlərini saxlamaq;
Lazım olduqda ACA, RCM, HAZOP, SIL, 5WHY, RCA və s. İşçi qruplarında fəal iştirak etmək və müvafiq tədbirlər görmək;
Statik avadanlıq üçün quraşdırma vasitələrinin yaradılması və mövcud olanların yenilənməsi;
Təftiş, sınaq, nəzarət avadanlığı və cihazlarının müvafiq qaydada istifadə edilməsini, və saxlanmasına nəzarət etmək.

Tələblər:

Müvafiq sahə üzrə ali təhsil (Mexanika mühəndisliyi, Metallurgiya və ya bənzər texniki sahə üzrə);

Müvafiq sahə üzrə ən az 5 il təcrübəsi və bunun minimum 3 ili neft emal, neft kimya sənayesində olan;

Səlis Azərbaycan və İngilis dili bilikləri;

Aktiv Səviyyə 2 SNT 1C və ya EN 9712 NS (PT) ,US (UT), MSS (MT), VT, RT – hər hansı biri və bir neçəsi olması üstünlükdür;

CSWIP Welding Inspector 3.1 və ya 3.2 sertifikatı üstünlükdür;

APİ 510,570,571,653,572 biri və ya bir neçəsinin olması arzu olunandır;

Komandada işləmək və effektiv ünsiyyət bacarıqları;

Məsuliyyətli, diqqətli və dəqiq olmaq.

Vakansiya Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayış yeri olan şəxslər üçün nəzərdə tutulub. Elan edilmiş vakansiya üçün bütün uyğun müraciətlər dəyərləndiriləcək və onlara bərabər imkanlar veriləcəkdir.