İşin təsviri
Vəzifə: Texnoloji boru kəmərlərinin quraşdırıcısı
Keçid kodu: 17274/2025 EXT
Təşkilat: Neftqaztikinti tresti
Struktur vahidi: 1 saylı Tikinti Quraşdırma Sahəsi (3 saylı TQB)
İş yeri: Bakı şəhəri, “Zığ” sahəsi
Əmək haqqı: 5.33 AZN/saat + gündəlik 5 AZN yemək xərci + zərərli şəraitə görə 8% əlavəli ödəniş
Əmək müqaviləsi: Müddətli
Əmək ödəniş dərəcəsi: 05
İş rejimi: Tam iş vaxtı (həftədə 40 saat)
İş şəraiti: Quruda
Yataqxana və nəqliyyat: Təmin olunmur
Sığorta: Tibbi və həyat sığortası
Elanın bitmə tarixi: 23.05.2025
VƏZİFƏ ÖHDƏLİKLƏRİ (ƏSAS FUNKSİYALAR)
- Magistral boru xətlərinin, kompressor stansiyalarının, əmtəə çənlərinin və digər qurğuların tikintisi və təmiri
- Boru birləşmələrinin, qızdırıcı sobaların və terminal daxili xətlərin təmiri
- Metal konstruksiyaların tikinti və təmir işləri
- Sahədə təmizlik və abadlıq işləri
- Avadanlıqların təmirində iştirak və iş yerinin təmiz saxlanması
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl edilməsi
- Qəza hallarında təlimata uyğun tədbirlərin görülməsi
TƏLƏBLƏR
- Vətəndaşlıq: Azərbaycan
- Təhsil: Tam orta təhsil
- İş təcrübəsi: Minimum 2 il müvafiq sahə üzrə
- Sertifikatlar: Müvafiq ixtisas kursları üzrə 4 sertifikat tələb olunur
SƏRİŞTƏLİK VƏ BACARIQLAR
- Dürüstlük
- Etik davranış
- Keyfiyyət yönümlülük
- Məsuliyyət və nizam-intizam
- Peşəkarlıq və şifahi ifadə bacarığı
- Əməyin təhlükəsizliyi və sanitariya-gigiyena qaydalarına riayət
- Tikinti və quraşdırma işlərinə dair texniki biliklər
- ƏMTT üzrə təlimatlar, yanğınsöndürmə üsulları və avadanlıqlarının istifadəsi
BİLMƏLİDİR
- Boru kəmərlərinin çəkilmə və bərkidilmə qaydaları (4–9.8 MPa təzyiq, 200–600 mm diametr)
- Kompensatorların tipləri və quraşdırılması
- Hidravlik və pnevmatik sınaqların keçirilməsi qaydaları
- Takelaj vasitələrinin düzgün istifadəsi
- Quraşdırmaya dair texniki normalar və təhlükəsizlik tələbləri
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə normalar