Torna emalatxanası üzrə frezerçi – Müraciət Forması

23 İyul 2025

İşin təsviri

Zavod ərazisində cavabdeh olduğu avadanlığın və texniki vasitələrin təmiri və təmiri üçün əvvəlcədən qəbul edilmiş yazılı və şifahi göstərişlər, standartlar çərçivəsində həyata keçirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10 – cu maddəsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrini icra etmək məsuliyyəti daşıyır.

Vəzifə öhdəlikləri:

SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;

Dəliyaçan dəzgahlara və frez dəzgafına texniki xidmət göstərilməsi;

İşlədiyi struktur bölmələrdə bütün avadanlıqların təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;

Ağırçəkili detal və ya materialların qaldırılması üçün qaldırıcı mexanizmlərdən istifadə edilməsi;

Universal, müxtəlif tipli və konstruksiyalı kopirləyən və uzununa frezerləyən dəzgahlarda bir neçə səthlərdə kombinasiyalı bərkitməni və dəqiq yoxlamanı tələb edən mürəkkəb məsul detalların və alətlərin 6-7-ci kvalitetlər (2-ci dəqiqlik dərəcəsi) üzrə frezerlənməsi;

Emal etmək və ölçmək üçün çətin əl çatan yerləri olan mürəkkəb konfiqurasiyalı ştampların, pres-qəliblərin, matrislərin xarici və daxili səthlərinin frezerlənməsi;

İş tamamlandıqdan sonra dəzgahı dayandırmaq, detalı dəzgah masasından ayırmaq və dəzgahı şəbəkədən ayırmaq;

Hazırlanmış detalı iş masasına yerləşdirmək, emal nəticəsində detalın üzərində əmələ gəlmiş metal qırıntıları yeyə ilə təmizləmək və hazır detalı ustaya təhvil vermək;

Tələblər:

Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;

Müvafiq sahə üzrə orta-ixtisas təhsili;

Hazırlanacaq detalın çizgisini (eskizini), çertyojunu və ya nümunəsini incələyə bilməli;

Dəzgahı işə salmaq, işə uyğun tənzimləmək və çizgi çertyoj və ya nümunəyə uyğun olaraq detalı hazırlaya bilməli;

Komandada işləmək bacarığı;

Vakansiya Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayış yeri olan şəxslər üçün nəzərdə tutulub. Elan edilmiş vakansiya üçün bütün uyğun müraciətlər dəyərləndiriləcək və onlara bərabər imkanlar veriləcəkdir.