İşin təsviri

Vakansiya haqqında məlumat

  • Vəzifə: Traktorçu
  • Müəssisə: Nəqliyyat İdarəsi
  • Struktur vahidi: 1 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin 2 saylı avtomobil dəstəsi
  • Ünvan: Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev 72
  • Müqavilə növü: Müddətli
  • Əmək haqqı: 4.33 AZN/saat + 5 AZN yemək xərci (iş günlərinə uyğun)
  • İş rejimi: Tam iş vaxtı (40 saat/həftə)
  • İş şəraiti: Quruda
  • Sığorta: Tibbi və həyat

Vəzifə öhdəlikləri

  • 100 a.g-dan yuxarı gücə malik traktorların idarə olunması
  • Yüklərin yüklənməsi, bərkidilməsi və boşaldılmasına nəzarət
  • Yanacaq doldurmaq, yağlama, cari təmir və nasazlıqların aradan qaldırılması
  • Yol hərəkəti, təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına əməl etmək

Tələblər

  • Vətəndaşlıq: Azərbaycan
  • Təhsil: Natamam orta təhsil
  • İş stajı: Minimum 2 il müvafiq sahədə
  • Sertifikat: T, TK, HT, HK kateqoriyalı sürücülük vəsiqəsi
  • Səriştələr: Məsuliyyət, etik davranış, şifahi ifadə, konfliktlərin idarəsi, öyrənmə qabiliyyəti

Bilməlidir

  • Traktorun iş prinsipləri və idarəetmə qaydaları
  • Yükdaşıma, yüklərin bərkidilməsi və boşaldılması qaydaları
  • Nasazlıqların aşkar edilməsi və aradan qaldırılması
  • Təhvil-təslim sənədlərinin tərtibi
  • İş yerinin və avadanlıqların qorunması