Traktorçu (Ağdaş rayonu)

İşin təsviri

Müəssisə: Nəqliyyat İdarəsi – 1 saylı Avtonəqliyyat və Xüsusi Texnika Sahəsi (3 saylı Avtomobil Dəstəsi)
Ünvan: Ağdaş rayonu
Müqavilə növü: Müddətli
Əmək haqqı: 4.33 AZN/saat
Əlavə ödəniş: Hər iş gününə görə 5 AZN yemək xərci
İş rejimi: Tam iş vaxtı (40 saat/həftə)
İş şəraiti: Quruda
Yataqxana / Nəqliyyat: Təmin olunmur
Sığorta: Tibbi, Həyat


Vəzifə Öhdəlikləri

  • 73.5 kVt (100 a.g) gücdən yüksək, maye yanacaqla işləyən traktorları idarə etmək
  • Yüklərin yüklənməsi, boşaldılması və bərkidilməsinə nəzarət
  • Traktorun yanacaq doldurulması, yağlanması və cari təmir işlərinin aparılması
  • Nasazlıqları aşkar etmək və aradan qaldırmaq
  • Traktor və yedəkli qurğuların təmirində iştirak
  • Yol Hərəkəti Qaydalarına və təhlükəsizlik tələblərinə riayət etmək
  • İş yerini icazəsiz tərk etməmək və təhlükəli zonalara daxil olmamaq

Tələblər

Təhsil: Natamam orta təhsil
İş təcrübəsi: Müvafiq sahədə minimum 2 il
Sürücülük vəsiqəsi: T, TK, TT, H kateqoriyaları


Səriştələr

  • Məsuliyyətli olmaq
  • Etik və düzgün davranış
  • Şifahi ünsiyyət bacarığı
  • Konfliktlərin idarə edilməsi
  • Dəqiq mühakimə
  • Öyrənmə qabiliyyəti

Bilməlidir

  • Traktorun iş prinsipi və quruluşu
  • Gücü 73.5 kVt-dan artıq traktorların idarəetmə qaydaları
  • Yüklərin yüklənməsi, boşaldılması və bərkidilməsi qaydaları
  • Nasazlıqların aşkarlanması və aradan qaldırılması
  • Təhvil-təslim sənədlərinin tərtibi
  • İş yerinin təmiz və saz saxlanması qaydaları
  • Yol hərəkəti qaydaları