İşin təsviri
Müəssisə: Azəriqaz İB
Struktur vahidi: Texniki baxış və təmir-bərpa xidməti
Ünvan: Qəbələ şəhəri, E. Kərimov küçəsi 60
Şəhər/Rayon: Qəbələ rayonu
Müqavilə növü: Müddətli
Əmək haqqı: 988 AZN/ay
Əlavə ödəniş: Hər faktiki iş gününə görə 5 AZN yemək xərci
İş rejimi: Tam iş vaxtı (40 saat/həftə)
İş şəraiti: Quruda
Yataqxana: Təmin olunmur
İş yerinə çatdırılma: Təmin olunmur
Sığorta: Tibbi və Həyat
Vəzifə Öhdəlikləri
- Yerüstü qaz xəttlərinin inspeksiyası nəticəsində yerində qaynaqla təmir işlərinin icrası
- Görülən işlərin sənədləşdirilməsi və müvafiq qurumlara təqdim edilməsi
- QPS və QTŞ üzrə payız-qış hazırlıq işlərinə nəzarət
- Yerüstü qaz xətlərində çatlar, sızmalar, əyilmə, çöküntü, dayaqların zədələnməsi, rənglənmə və digər problemlərin aşkar edilməsi və məlumatların ötürülməsi
- Yeraltı qəzaların aradan qaldırılması işlərini plan üzrə təşkil etmək
- Orta təzyiqli qaz xətlərinə və avadanlıqlara texniki baxışa nəzarət
- Qaz şəbəkəsi avadanlıqlarının vizual müayinəsi və yararlılığının yoxlanılması
- Yivli və qaynaq birləşmələrinin qazanalizator və digər vasitələrlə kipliyinin yoxlanması
- Aşkar edilmiş qaz sızmalarının raportlara qeyd edilməsi
- Texniki xidmət işlərinin və siyirtmələrin nasazlıqlarının raportlarda qeyd olunması
- Şəbəkə və avadanlıqlar üzrə illik Kapital Qoyuluşu planlarının formalaşdırılmasına dəstək
- Qazdan istifadə qaydalarının pozulduğu hallarda qazın verilməsinin dayandırılması və sənədləşdirilməsi
- Qəza yarada bilən nöqsanlar aşkar edildikdə 104 və ya yerli qəza-dispetçer xidmətinə məlumat verilməsi
- Yerüstü orta təzyiqli qaz xətləri üzrə ildə iki dəfə baxış keçirilməsi və məlumatların müvafiq şöbəyə ötürülməsi
- Aşağı təzyiqli qaz xətlərinə qaynaqla yerində təmir işlərinin aparılması
- Podratçıların layihələri bitirdikdən sonra obyektə baxış keçirilməsi
- Qanunvericiliyə uyğun olaraq qaz təsərrüfatı obyektlərinin texniki müayinəsi
- Texniki müayinəyə əsasən zəruri xidmət işlərinin icrası
- Qaz təsərrüfatı obyektlərində tikinti, yenidənqurma, əsaslı və cari təmir işlərinin görülməsi
- Qaz sayğaclarının quraşdırılmasına nəzarət
- İşçi personalın müxtəlif avadanlıqların quraşdırılması və boru xətlərinin çəkilməsi işlərini icra etməsi
- Təhlükəli işlərin plan, layihə və tapşırıq-icazə əsasında aparılması
- Material və avadanlıqların səmərəli istifadəsinə nəzarət
- İşçi qüvvəsinin obyektlər üzrə düzgün bölünməsi və səmərəli istifadəsi
- Əmək şəraitinin yaxşılaşdırılması və ətraf mühitin çirklənməsinin qarşısının alınması
- Qaz təsərrüfatının pasportlaşdırılması və texniki vəziyyətinin uçotunun aparılması
- Sənədlərin və əmlakın mühafizəsinin təşkil edilməsi
- Təhlükəsizlik, sanitariya, elektrik və yanğın təhlükəsizliyi qaydalarına nəzarət
- Tabeliyində olan işçilərin təlimatlandırılması və fəaliyyətinə rəhbərlik
- SOCAR tərəfindən təsdiqlənmiş “Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi”nin tələblərinə əməl etmək
Tələblər
Vətəndaşlıq: Azərbaycan
Təhsil
- Orta-ixtisas təhsili – müvafiq sahə üzrə (3 il staj)
- Orta-ixtisas təhsili – qeyri-müvafiq sahə üzrə (5 il staj)
- Ali bakalavr – müvafiq ixtisas üzrə (1 il staj)
- Ali bakalavr – qeyri-müvafiq ixtisas üzrə (5 il staj)
Sertifikat
- Tələb edilmir
Səriştələr
- Microsoft Excel
- Microsoft Outlook
- Microsoft Word
- Məsuliyyət
- Nizam-intizam
- Dürüstlük
- Etik davranış
- Peşəkarlıq
- Şifahi ifadə bacarığı
Bilməlidir
- “Qazdan istifadə qaydaları”
- “Qaz təsərrüfatında texniki istismar qaydaları”
- “Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydaları”
- Qaz xətlərinin sxemlərinin oxunması
- Tikinti normativləri və qaydaları