İşin təsviri
Müəssisə: Azəriqaz İB (SOCAR)
İş yeri: Lənkəran rayonu, Girdəni kəndi
Müqavilə: Müddətli
İş rejimi: Tam iş vaxtı (40 saat/həftə)
Əmək haqqı: 988 AZN/ay + hər iş gününə 5 AZN yemək xərci
Əməyin ödənilmə dərəcəsi: 10
Sığorta: Tibbi və həyat
Keçid kodu: 19251/2026 EXT
Əsas vəzifələr
- Yerüstü və yeraltı qaz xətlərində texniki baxış və qaynaqla təmir işlərinin aparılması;
- Qaz sızmaları, mexaniki zədələr və avadanlıqların texniki vəziyyətinin yoxlanılması;
- QPS, QTM, QTŞ və digər qaz avadanlıqlarına texniki baxış və cari təmirə nəzarət;
- Aşkar edilmiş nasazlıqlar və qaz sızmaları üzrə raportların hazırlanması;
- Qəza hallarında təcili dispetçer xidmətinin məlumatlandırılması;
- Qaz verilişinin dayandırılması və sənədləşdirilməsi üzrə texniki tədbirlərin görülməsi;
- Podratçıların icra etdiyi işlərə baxışın keçirilməsi;
- Qaz təsərrüfatı obyektlərində tikinti, yenidənqurma və təmir işlərinin icrası;
- İşçi heyətinin fəaliyyətinin təşkili və təhlükəsizlik qaydalarına nəzarət;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsi.
Tələblər
- Azərbaycan vətəndaşlığı
- Orta-ixtisas və ya ali təhsil (müvafiq sahə üzrə)
- İş stajı:
- Orta-ixtisas təhsili olduqda – minimum 3 il
- Ali təhsil olduqda – minimum 1 il
- Müvafiq ixtisas olmadıqda – minimum 5 il
- Qaz təsərrüfatı üzrə normativ sənədləri və təhlükəsizlik qaydalarını bilmək
- Qaz xətlərinin sxemlərini oxuma bacarığı
- MS Word, Excel, Outlook bilikləri
- Məsuliyyət, nizam-intizam, peşəkarlıq və etik davranış