İşin təsviri
Şirkət: SOCAR Midstream Operations LLC
Vakansiyanın kodu: 17240/2025 EXT
İşə başlama tarixi: 23.05.2025
Layihə ünvanı: Neftçilər prospekti 153, Port Baku
İş bölgəsi: Şəmkir rayonu
İş yeri: Quruda
Müqavilə növü: Daimi
İş rejimi: Növbəli
Yataqxana: Təmin olunmur
Nəqliyyat: Təmin olunmur
Sığorta: Təmin olunmur
Əmək haqqı və əlavə ödənişlər
- Əmək haqqı: 1,925 – 2,233 AZN (brüt) – təcrübədən asılı olaraq
- Əlavə ödəniş: 20% nəqliyyat əlavəsi
Əsas vəzifə öhdəlikləri
- Şirkətin dəyərlərinə uyğun təhlükəsiz, etibarlı və dayanıqlı texniki xidmətin göstərilməsi
- Bütün təhlükəsizlik, ekoloji və normativ tələblərə və Control of Work (CoW) qaydalarına riayət edilməsi
- Profilaktik və korrektiv texniki xidmət, nasazlıqların aradan qaldırılması işlərinin icrası
- SCADA, ICSS, PLCs və digər avtomatlaşdırılmış sistemlərə texniki dəstəyin göstərilməsi
- Komanda rəhbərinin tapşırıqları ilə bağlı (məs. pigging, CoW və s.) əməliyyat fəaliyyətlərinə dəstək
- Tapşırıq yerinə yetirilməzdən əvvəl potensial risklərin müəyyən edilməsi və bu risklərin idarə edilməsi
- İşlərin effektiv icrası və icra performansının davamlı şəkildə yaxşılaşdırılması
Tələblər
- Vətəndaşlıq: Azərbaycan
- Təhsil: Orta təhsil
- İxtisas: Müvafiq texniki sahə
- İş təcrübəsi: Minimum 5 il – müvafiq sahə üzrə
- Sertifikat: Tələb olunmur
Bacarıq və biliklər
Texniki biliklər:
- Texniki xidmət və təmir fəaliyyətləri üçün iş icazələri və risklərin qiymətləndirilməsi proseslərini bilməlidir
- Avtomatlaşdırma və alət sistemləri, o cümlədən ölçmə və tənzimləmə cihazları, sensorlar, aktuatorlar, kontrollerlər və s. haqqında texniki biliklər
- SCADA, ICSS, PLC sistemləri ilə iş təcrübəsi
- İstismar zamanı siqnalların yoxlanılması, kalibrləmə, proqram təminatında nasazlıqların tapılması bacarığı
- Sənaye obyektlərində təhlükəsizlik və əməyin mühafizəsi qaydaları barədə məlumatlılıq
Fərdi keyfiyyətlər və səriştələr
- Məsuliyyətlilik və diqqətlilik
- Komanda ilə işləmə bacarığı
- Təşəbbüskarlıq və problem həll etmə qabiliyyəti
- Etik davranış və peşəkarlıq
- İşə yanaşmada dəqiqlik və texniki intizam