İşin təsviri
Vakansiyanın başlanğıc tarixi: 23.05.2025
Keçid kodu: 17235/2025 EXT
İşəgötürən: SOCAR Midstream Operations LLC
Layihə ünvanı: Neftçilər prospekti 153, Port Baku
İş bölgəsi: Şəmkir rayonu
İş yeri: Quruda
Müqavilə növü: Daimi
İş rejimi: Növbəli
Yataqxana: Təmin olunmur
İş yerinə çatdırılma: Təmin olunmur
Sığorta: Təmin olunmur
Əmək haqqı və digər ödənişlər
- Əmək haqqı: 1,925 – 2,233 AZN (brüt), təcrübədən asılı olaraq
- Əlavə ödəniş: 20% nəqliyyat əlavəsi
Əsas vəzifə öhdəlikləri
- Müəssisənin dəyərlərinə, təhlükəsizlik proqramlarına və normativ tələblərə uyğun şəkildə təhlükəsiz və keyfiyyətli texniki xidmətin göstərilməsi
- Profilaktik və korreksiyaedici texniki xidmətin, nasazlıqların aradan qaldırılması işlərinin yerinə yetirilməsi
- Avadanlıq və sistemlərin fasiləsiz və effektiv işləməsini təmin etmək məqsədilə yoxlama və nəzarət işlərinin aparılması
- İşə başlamazdan öncə lazımi alət və materialların müəyyən edilməsi və hazırlanması
- Avadanlıqlara dair dəqiq hesabatların, jurnal qeydlərinin, performans məlumatlarının və təhvil-təslim qeydlərinin aparılması
- Mexaniki və fırlanan avadanlıqlara texniki dəstəyin göstərilməsi
- Texniki xidmət planlaşdırmasında iştirak və fasiləsizliyin artırılması üçün görülən işlərin sənədləşdirilməsi, təcrübədən çıxarılan nəticələrin və etibarlılıq məlumatlarının qeyd olunması
- Pigging əməliyyatları və Control of Work (CoW) fəaliyyətləri ilə bağlı əməliyyat tapşırıqlarında komanda ilə koordinasiya
Tələblər
- Vətəndaşlıq: Azərbaycan
- Təhsil: Orta təhsil
- İxtisas: Müvafiq sahə üzrə
- Təcrübə: Minimum 5 il
- Sertifikat tələbi: Mövcud deyil
Bacarıq və biliklər
Texniki biliklər:
- Fırlanan və mexaniki avadanlıqların texniki xidməti və istismarı haqqında məlumat
- Müvafiq sənaye standartları, qaydalar və yerli normativ aktlar üzrə bilik
- Fırlanan avadanlıqlarla tanışlıq: nasoslar, reduktorlar, dizel mühərrikləri, qaz turbinləri və s.
- Boru bağlantıları, mexaniki birləşmələr, istilik dəyişdiriciləri, klapanlar, flanşlar və möhürlər haqqında məlumat
- Texniki xidmət zamanı istifadə olunan materialların xüsusiyyətləri
- Elektrik cihazlarının əsas iş prinsipləri haqqında ilkin bilik
Şəxsi keyfiyyətlər və səriştələr
- Məsuliyyətli və dəqiq iş prinsipi
- Təhlükəsizlik və əmək mühafizəsi qaydalarına ciddi riayət
- Komanda ilə əməkdaşlıq bacarığı
- Yaxşı kommunikasiya və hesabat vermə bacarığı