Yanğından mühafizə üzrə böyük mühəndis – Müraciət Forması

İşin təsviri

Xilasetmə əməliyyatlarında komanda rəhbəri (ERT Leader) kimi idarə etmək;
FHN-nin DYMX hissələri ilə sıx təmasda olmaq, birgə təlimlərin keçirilməsini təşkil etmək;
DYN xidmətinin aşkar etdiyi uyğunsuzluqların aradan qaldırılması prosesini təşkil etmək.

Vəzifə öhdəlikləri:

Tabeçiliyində olan komandanın işini təşkil etmək (növbəli iş qrafiki və s.);

Yanğın, iş qəzası nəticəsində xilasetmə, ətraf mühitin çirklənməsinin qarşısını almaq və digər risklərin aradan qaldırılması istiqamətində tədbirlər planın hazırlanması və komandanın işinin təşkil edilməsi ;

Etilen-Polietilen zavodunda/obyektdə baş verə biləcək hər növ alov / partlayış / qaz emissiyası / yanğın və s. hadisələrin qarşısını almaq üçün təcili tədbirlərin görülməsini təmin etmək;

Etilen-Polietilen zavodunun və podratçı şirkətlərin işçilərinin Təhlükəsizlik Standartlarına uyğun işlədiyini yoxlamaq;

Fövqəladə hallara müdaxilə etmək üçün istifadə olunan avadanlığın işlək vəziyyətdə olmasını təmin etmək, gündəlik / həftəlik / aylıq / illik performans testlərini aparmaq və avadanlıq / sistemin ehtiyaclarına əsaslanan digər zəruri nəzarətlər etmək;

Qurğuların mövcud iş şəraitini nəzərə alaraq, qurğuların qəza və/və ya planlaşdırılmış təmirə dayanmalarında sahə təhlükəsizliyinə nəzarət etmək;

Etilen-Polietilen zavodunda fövqəladə hallarla mübarizədə istifadə olunacaq xilasetmə avadanlıqların/sistemlərin dünya praktikasında tətbiqlərinin araşdırılması, lazım gəldikdə təchizatı, istifadəçi təlimatlarının yaradılması və təlimlərin keçirilməsi;

Fövqəladə vəziyyətlər üzrə təlimlərdən sonra aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlərin görülməsini təmin etmək və bu tədbirlərin izlənməsi;

Fövqəladə hallarda komanda xilasetmə komandasının tərkibində xilasetmədə iştirak etmək (Yüksəklikdən, Qapalı sahədən və s. kimi hallarda xilasetmə);

Xilasetmə planlarının tərtibatını hazırlamaq.

Tələblər:

Müvafiq sahə üzrə ali təhsil (Fövqəladə Hallar və Həyat Fəaliyyətinin Təhlükəsizliyi,əməyin mühafizəsi və ya digər əlaqəli sahələr);

Neft -Qaz Sahəsində minimum 3 il iş təcrübəsi;

Xilasetmə komandasının rəhbəri minimum 5 il iş təcrübəsi;

Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).

Sertifikat və kurs:

NEBOSH International General Certificate (arzuolunandır);

NEBOSH Fire Certificate;

Tank Fire Prevention trainings;

Hündürlükdə iş təlimi (Qrup 3);

Neft-Qaz kompleksi obyektlərində fövqəladə halların aradan qaldırılması ;

Xilasetmə təlimlərində iştirak

Əlavə tələblər:

Mühəndislik təsvirləri, avadanlıq təlimatları və təhlükəsizlik prosedurları daxil olmaqla texniki sənədləri başa düşmək və şərh etmək bacarığı;

Bütün səviyyələrdə maraqlı tərəflərə təsir etmək və onları cəlb etmək bacarığı ilə güclü liderlik, ünsiyyət və şəxsiyyətlərarası ünsiyyət bacarıqları;

Riskləri qiymətləndirmək, potensial təhlükələri müəyyən etmək və effektiv lokavt/tagout həllərini hazırlamaq bacarığı;

Təhlükəsizlik prosedurlarının həyata keçirilməsində problemləri həll etmək üçün problem həll etmə bacarıqları;

Xilasetmə üsulları və avadanlıqlarında istifadə bacarıqları;

Yüksəklikdə işləmə bacarıqları.

Vakansiya Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayış yeri olan şəxslər üçün nəzərdə tutulub. Elan edilmiş vakansiya üçün bütün uyğun müraciətlər dəyərləndiriləcək və onlara bərabər imkanlar veriləcəkdir.