Yanğından mühafizə üzrə texnik

İşin təsviri

Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına nəzarət etmək və istehsalatda prosedura uyğun olaraq bu qaydaları tətbiq etmək. Yanğın təhlükəsizliyi mühəndislərin verdiyi tapşırıqları yerinə yetirməkdə dəstək olmaq. Xilasetmə komandasının üzvü kimi fəaliyyət görsətmək.

Vəzifə öhdəlikləri:

Təhlükəsizlik və yanğınsöndürmə avadanlıqlarının saz vəziyyətdə olmasına əmin olmaq;

Yanğınsöndürmə avadanlıqlarının həftəlik,aylıq və illik yoxlanışını aparmaq;

Müəssisə təmirə dayandıqda və ya texniki qulluq zamanı icra edilən alovlu işlərə nəzarət etmək,lazım olan yanğınsöndürmə avadanlıqlarının təmini üçün dəstək vermək;

Müəssisə işçilərinə yanğınsöndürmə avadanlıqlarının ilkin istifadə qaydalarının təlimini keçmək;

Müəssisədə baş verə biləcək təcili hal zamanı cavabdeh şəxslərə məlumat vermək;

Müəssisədə yarana biləcək hər hansı təcili hal üçün önləyici tədbirlər planı hazırlamaq və uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;

İstehsalatda yanğın təlim-məşqin keçirilməsinə dəstək vermək və sonda hesabatın hazırlanmasında iştirak etmək;

Gündəlik olaraq Müəssisə ərazisinin yol hərəkəti xəritəsini izləmək və nəqliyyat vasitələrinin bütün istehsalat sahələrinə tez bir şəkildə çatmasına əmin olmaq

Rəhbərliyin təlimatına əsasən digər işlərin yerinə yetirilməsində köməklik göstərmək;

Xilasetmə komandası tərkibində yanğın/yüksəklikdən və qapalı sahələrdən xilasetmə əməliyyatlarında iştirak etmək;

Xilasetmə rəhbərinin göstərişlərinə əməl etmək.

Tələblər:

Əlavə tələblər:

3 il müvafiq sahə üzrə iş təcrübəsi üstünlük verilir;

Bakalavr təhsili/ peşə məktəbi;

Dil bilikləri (İngilis dili başlanğıc səviyyə- Texniki sözləri bilmək arzuolunandır);

Yanğından Mühafizə,Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik qaydaları və normalarından məlumatlı olmaq;

Microsoft Office proqramları (Word,Excel,PowerPoint,Outlook);

Ünsiyyət və komanda ilə işləmək bacarığı;

Qapalı sahə və yüksəklik qorxusu olmayan işçilərə üstünlük verilir;

Xilasetmə (Rescue) təlimindən keçərək müvəffəqiyyətlə bitirməsini təsdiq edən sertifikat.

Vakansiya Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşayış yeri olan şəxslər üçün nəzərdə tutulub. Elan edilmiş vakansiya üçün bütün uyğun müraciətlər dəyərləndiriləcək və onlara bərabər imkanlar veriləcəkdir.