İşin təsviri
- Müəssisənin ERP tətbiqində bütün modulları üzrə texniki funksionallığın yazılmasında iştirak etmək və təsdiqlənmiş funksionallığa uyğun tətbiqə nəzarət etmək
- Müəssisə tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında və uçot registrlərində düzgün əks etdirilməsinə nəzarət etmək
- Mühasibat uçotu standartlarına, normativ tələblərə və vergi qanunvericiliyinə uyğunluğuna nəzarət etmək
- Əsas vəsaitlər, azqiymətli və tez köhnələn əşyalar, qeyri-maddi aktivlər üzrə uçotun düzgün aparılmasına nəzarət etmək
- Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək
- Daxili nəzarət prosedurlarına riayət olunmasını təmin etmək və səhvləri aşkar etmək
- Mühasibat siyasət və təlimatlarının tətbiqinə nəzarət etmək və təkmilləşdirmə təklifləri vermək
- Audit sorğularına cavab vermək, zəruri sənədləri hazırlamaq və təqdim etmək
- 1C Mühasibatlıq proqramında uçot əməliyyatlarını aparmaq və sistemdəki məlumatların düzgünlüyünü yoxlamaq
- Mühasibat üzrə komanda üzvlərinə metodoloji dəstək göstərmək və təlim keçmək
- Şirkətin maliyyə resurslarından səmərəli istifadə olunmasına yönəlmiş tədbirlərin hazırlanmasında iştirak etmək
Tələblər
- Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə ali təhsil
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi, o cümlədən kiçik və orta müəssisələrdəBaş mühasib təcrübəsi üstünlükdür
- Azərbaycan dili – səlis, İngilis və Rus dillərini bilməsi arzuolunandır.
- 1C 8.3 və 1C ERP proqramlarında yüksək səviyyədə işləmək bacarığı; MS Office proqramlarını yaxşı səviyyədə bilmək
Xüsusi tələblər:
- ERP sistemlərində (xüsusilə 1C ERP) texniki funksionallığın idarə edilməsi təcrübəsi
- Analitik düşünmə, məsuliyyətlilik və yüksək idarəetmə bacarıqları
- Daxili nəzarət prosedurlarının tətbiqi və audit proseslərində fəal iştirak bacarığı