Vakansiya haqqında
Vəzifələr:
Home Decor kateqoriyası üzrə kateqoriya strategiyasının hazırlanması və icrası;
Məhsul portfelinin formalaşdırılması, çeşidin optimallaşdırılması və məhsul həyat dövrünün idarə edilməsi;
Satış, dövriyyə, marja, stok və digər əsas KPI göstəricilərinin təhlili;
Satış nəticələrinin artırılması və kateqoriyanın gəlirliliyinin yüksəldilməsi;
Bazar, müştəri davranışı və rəqib analizlərinin aparılması;
Yeni və trend məhsulların araşdırılması, seçilməsi və portfelə daxil edilməsi;
Təchizatçılarla kommersiya danışıqlarının aparılması;
Qiymət strategiyasının hazırlanması və rəqib qiymətlərinin monitorinqi;
Stok səviyyələrinin optimallaşdırılması və məhsul çatışmazlığının qarşısının alınması;
Mövsümi kampaniyalar, endirimlər və promo fəaliyyətlərin planlaşdırılması;
Məhsulların satış potensialının və rentabelliyinin qiymətləndirilməsi;
Təchizat, logistika, marketinq, satış və mağaza komandaları ilə koordinasiyalı iş;
Aylıq və rüblük satış proqnozlarının hazırlanması;
Rəhbərliyə kateqoriya üzrə analitik hesabatların və inkişaf təkliflərinin təqdim edilməsi.
Şirkət tərəfindən:
Rəqabətli əmək haqqı;
Bonus və KPI sistemi;
Peşəkar inkişaf imkanları;
Karyera yüksəlişi;
Dinamik və peşəkar iş mühiti.
İş şəraiti
İş yeri: Aşıq Molla Cümə küçəsi 44B, Bakı, Azərbaycan
İş rejimi: Tam iş günü
Əmək haqqı: Namizədin təcrübə və kompetensiyalarına uyğun olaraq müəyyən edilir.
Əlaqə - 0512015595
Maraqlanan namiz ə dl ə r ö z CV - l ə rini M ü raci ə t et d ü ym ə sind ə qeyd olunan elektron po ç t ü nvan ı na g ö nd ə r ə bil ə rl ə r .
Tələblər
- Ali təhsil
- Kateqoriya menecmenti, satınalma, məhsul idarəetməsi və ya pərakəndə satış sahəsində minimum 2–3 il təcrübə
- Home Decor, mebel, ev aksesuarları, tekstil sahəsində təcrübə tələbdir
- Güclü analitik və kommersiya düşüncəsi
- MS Excel üzrə yaxşı səviyyədə bilik
- Satış və maliyyə göstəricilərini analiz etmək bacarığı
- Təchizatçılarla effektiv danışıqlar aparmaq bacarığı
- Bazar və rəqib analizləri aparmaq bacarığı
- Planlaşdırma, prioritetləşdirmə və qərarvermə qabiliyyəti
- Yüksək məsuliyyətlilik və nəticəyönümlülük
- Komanda idarəetməsi və kommunikasiya bacarıqları
Oxşar elanlar
- B2B Satış üzrə MütəxəssisECOMAG · Bu gün
- Call Center OperatorCaspianTech · Bu gün
- Çağrı mərkəzi üzrə kiçik mütəxəssisFerrum Kapital · Bu gün
- BARİSTA–SATICIKaraca · Dünən
- Satış meneceriOdontos LTD · 2 gün əvvəl
- Baş satıcıKaraca · 2 gün əvvəl