İşin təsviri
Premium mağazamızın açılışı ilə əlaqədar peşəkar, liderlik bacarıqlarına malik və nəticəyönümlü Mağaza Meneceri axtarırıq. Müştəri məmnuniyyətini əsas prioritet hesab edən, komandanı effektiv idarə edə bilən və yüksək xidmət standartlarını təmin edəcək namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Əsas vəzifələr
- Mağazanın gündəlik fəaliyyətini effektiv şəkildə idarə etmək;
- Satış hədəflərinin yerinə yetirilməsini təmin etmək, satış göstəricilərini təhlil etmək və nəticələrin artırılması istiqamətində tədbirlər görmək;
- Mağaza komandasını formalaşdırmaq, idarə etmək, motivasiya etmək və inkişaf etdirmək;
- Premium müştəri xidməti standartlarının tətbiqinə və davamlı qorunmasına nəzarət etmək;
- Vizual merchandising standartlarının və brend qaydalarının icrasını təmin etmək;
- Məhsul ehtiyatlarını, sifariş və inventar proseslərini effektiv şəkildə idarə etmək;
- Gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
- Mağazanın əməliyyat fəaliyyətinin şirkətin daxili prosedurlarına uyğun həyata keçirilməsinə nəzarət etmək.
Tələblər
- Pərakəndə satış sahəsində minimum 3 il, mağaza meneceri və ya oxşar rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi;
- Komandanın idarə olunması və liderlik sahəsində güclü bacarıqlar;
- Satışın idarə edilməsi və müştəri xidməti sahəsində təcrübə;
- Analitik düşüncə, planlaşdırma və operativ qərarvermə bacarığı;
- Azərbaycan və rus dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı.
Komandamızın bir hissəsi olmaq istəyirsinizsə, CV-nizi “Mağaza Meneceri” mövzusu ilə hr@supertoys.az elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.