Pərakəndə Satış Direktoru

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

SuperToys MMC “Pərakəndə Satış Direktoru” vakansiyası elan edir!

Vakansiya üzrə vəzifə öhdəlikləri:

  • Mağazalar şəbəkəsinə ümumi rəhbərliyi həyata keçirmək.
  • Mağazaların hədəflərinin qoyulmasında iştirak etmək, hədəflərin icrasını təmin etmək.
  • Mağazalar şəbəkəsinin şirkət standartları çərçivəsində fəaliyyət göstərməsinə, şirkət siyasətinin və prosedurlarının, biznes proseslərinin, rəhbərliyin tapşırıqlarının opertaiv icrasına nəzarət etmək.
  • Digər struktur bölmələri ilə qarşılıqlı işi təşkili etmək.
  • Mağazalar tərəfindən verilən məhsul sifarişlərini və mağazaların stokunu daimi nəzarət altında saxlamaq.
  • Mağazalarda yenidən qurma işlərində və yeni mağazaların açılması işində iştirak etmək, prosesi nəzarət altında saxlamaq.
  • Müvafiq hesabatlar, təhlillər hazırlamaq və təqdim etmək.
  • Mağazalarda satışı stimullaşdırmaq üçün ticari aktivliklər, kampaniyalar həyata keçirmək.
  • Tabeçiliyində olan heyətin fəaliyyətini təşkil etmək, istiqamətləndirmək, motivasiya etmək və komanda ruhunu qorumaq.

Tələblər:

  • Ali təhsil
  • Yaş həddi: 35-45;
  • Təcrübə minimum 5 il
  • Məsuliyyətli, punktual, məqsədyönlü
  • Kollektivlə ünsiyyət qurma bacarığı
  • Yüksək analitik bacarıqlar

Komandamızda olmaq istəyən, maraqlı olan namizədlərdən CV-lərini mövzu hissəsində vəzifə adını “Satış direktoru“ qeyd etməklə hr@supertoys.az elektron poçt ünvanına göndərə bilər.