Koordinator/Qeydiyyatçı (Bakı və Sumqayıt)

İşin təsviri

Swissdent klinikası olaraq karyera pilləsində irəliləmək istəyən, sosial məsuliyyətli, insanpərvər, o cümlədən yüksək motivasiyaya sahib şəxsləri hazırda genişlənməkdə olan Bakı və Sumqayıt komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

  • Pasiyentlər üçün komfortlu, planlı və sürətli müalicə şəraitinin təşkili və təmini
  • Pasiyentlərlə ünsiyyətin qurulması
  • Müalicə planının qeydiyyatının proqramda aparılması
  • Müalicə planının tərkibi, mərhələləri, ödəniş üsulları haqqında pasiyentlərin məlumatlandırılması
  • Müayinə və müalicə zamanı pasiyenti müşayiət
  • Müayinə zamanı pasiyentlərə xidmətlərin və müalicə variantlarının təqdimatı və satışının təmini
  • Pasiyent məmnuniyyətinin və loyallığının təmini və artırılması
  • Tələb olunduğu qaydada müvafiq hesabatların hazırlanması
  • 6 günlük iş rejimi

Tələblər:

  • Ali təhsil
  • Klinikada iş təcrübəsi olanlara üstünlük veriləcək
  • MS Office (Word, Excel, Outlook) proqramlarında işləmə bacarığı
  • Azərbaycan dilində səlis danışıq, Rus və İngilis dilləri arzu olunandır
  • Yüksək səviyyədə müştəriyönümlülük və ünsiyyət qabiliyyəti (səlis nitq, empatiya qurma, dinləmə)
  • Təşkilatçılıq və problem həll etmə bacarığı
  • Biznes etikaya həssaslıq, stressə davamlılıq, komandada işləmə qabiliyyəti
  • Satışmarketinq sahəsində iş təcrübəsinin olması üstünlükdür

Maraqlananlar şəxslər mövzu hissəsinə “Koordinator” yazmaqla hr@swissdent.az elektron poçt ünvanına müraciət edə bilər.