Tibb bacısı (Bakı və Sumqayıt)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Bakı və Sumqayıt şəhərlərində yerləşən klinikalarımızın genişlənməkdə olan heyətinə yeni üzvlər – tibb bacıları axtarışındayıq.

İş barədə:

  • Həkimə müayinə, müalicə və əməliyyat prosesində assistentlik etmək
  • Həkimin müayinəsi və qəbulu üçün tibbi otağın müvafiq protokola uyğun hazırlanmaq
  • Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət etmək
  • Tibbi alətlərin sterilizasiyasını təmin etmək
  • 6 günlük iş qrafiki
  • Əmək qanunvericiliyinə uyğun qeydiyyat
  • İş yeri: namizədin yaşayış yerindən aslı olaraq Bakı, Sumqayıt şəhərindəki klinika

Namizədə tələblər:

  • Tibb bacısı üzrə orta ixtisas təhsili
  • Dil bilikləri: Azərbaycan, Rus (arzu olunandır)
  • Xoş görünüş, yüksək insani keyfiyyət, səliqə və təmizliyə qarşı həssaslıq
  • Məsuliyyətlilik, işgüzar etika anlayışı, komandada işləmə bacarığı, proaktivlik
  • Yeni məzunların da müraciəti qəbul olunur

Maraqlanan namizədlər öz CV-lərini hr@swissdent.az elektron poçt ünvanına mövzu hissəsində “Tibb bacısı” qeyd etməklə göndərə bilərlər.