İşin təsviri
- Qrup və biznes vahidləri üzrə əsas maliyyə, kommersiya və əməliyyat məlumatlarını vahid analitik formatda toplamaq və təhlil etmək.
- Biznes nəticələrində tendensiyaları, kənarlaşmaları və performansa təsir edən əsas faktorları müəyyən etmək.
- Faktiki nəticələri əvvəlki dövrlər, büdcə, bazar və müvafiq benchmark-larla müqayisə etmək.
- Biznes vahidləri arasında müqayisəli performans təhlilləri aparmaq.
- Konkret biznes problemi və ya performans dəyişikliyinin səbəblərini müəyyən etmək üçün “deep-dive” təhlillər aparmaq.
- Rəhbərliyin diqqətini tələb edən əsas dəyişiklikləri, riskləri və imkanları müəyyən etmək.
- Azərbaycan və Qrup üçün əhəmiyyətli olan regional qonaqpərvərlik bazarları üzrə məlumat bazasını yaratmaq və mütəmadi olaraq yeniləmək.
- Azərbaycanı müvafiq regional və müqayisə edilə bilən qonaqpərvərlik bazarları ilə müqayisə etmək.
- Bazarın inkişaf istiqamətini və Qrupun bizneslərinə potensial təsirini müəyyən etmək.
- Qrupun əsas biznesləri üzrə müvafiq rəqib qruplarını müəyyən etmək və onlar haqqında məlumat bazasını yaratmaq və mütəmadi olaraq yeniləmək.
- Beynəlxalq qonaqpərvərlik, sağlamlıq və rifah (wellness), kurort və Qrup üçün əhəmiyyətli olan digər sektorlar üzrə əsas tendensiyaları izləmək.
- Aparıcı qonaqpərvərlik şirkətlərinin, operatorların və müqayisə edilə bilən portfellərin inkişafını, eləcə də biznes modellərindəki dəyişiklikləri araşdırmaq.
- Texnologiyanın, süni intellektin (AI), müştəri davranışlarının, aktivlərin idarə edilməsinin, yeni hotel konseptlərinin və digər struktur dəyişikliklərinin sektora təsirini təhlil etmək.
- Beynəlxalq hesabat və araşdırmalardan Qrup üçün əhəmiyyətli olan əsas nəticələri müəyyən etmək.
- Xarici bazarlarda baş verən dəyişikliklərin Qrup üçün potensial təsirlərini qısa və praktiki formada təqdim etmək.
- Biznes, bazar və rəqib məlumatlarını vahid və strukturlaşdırılmış analitik bazada saxlamaq.
- Müxtəlif mənbələrdən daxil olan məlumatların düzgünlüyünü və müqayisə edilə bilməsini yoxlamaq.
- Təkrarlanan analitik prosesləri və hesabatları mümkün qədər avtomatlaşdırmaq.
- Power BI və digər analitik alətlər vasitəsilə rəhbərlik üçün dashboard-lar hazırlamaq.
- Analitik modellər və vizualizasiya vasitəsilə böyük həcmli məlumatlardan əsas nəticələri çıxarmaq.
Tələblər
Təhsil:
- Biznes Analitika, Statistika, İqtisadiyyat, İnformasiya Texnologiyaları və ya müvafiq sahə üzrə ali təhsil.
İş təcrübəsi:
- Data analitikası sahəsində minimum 5 il iş təcrübəsi.
Bilik və Bacarıqlar:
- Böyük həcmli məlumatların toplanması, emalı, təhlili və interpretasiyası üzrə təcrübə.
- SQL və Excel üzrə yüksək səviyyədə biliklər.
- Power BI, Tableau və ya digər BI alətləri vasitəsilə interaktiv dashboard və hesabatların hazırlanması üzrə təcrübə.
- Statistik təhlil, trend analizi, proqnozlaşdırma və məlumatların modelləşdirilməsi üzrə biliklər.
- Güclü analitik düşünmə, problem həll etmə və detallara diqqət.
- Azərbaycan və ingilis dillərində yüksək səviyyədə ünsiyyət və təqdimat bacarığı. Rus dili biliyi üstünlükdür.
Digər üstünlüklər:
- Nahar şirkət tərəfindən təmin edilir.
- Korporativ nömrə və danışıq paketi.
- Tibbi sığorta.
İş yeri:
- Fəaliyyət ünvanı: Bakı şəhəri,Azərbaycan/ “TABIA GROUP” MMC