Daxili nəzarət üzrə mütəxəssis

İşin təsviri

– Şirkət və ona tabe olan müəssisələrin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamalar aparmaq və proseslərə nəzarət etmək;

– İş prosesində baş vermiş neqativ halları aşkarlayıb aktlaşdırmaq və mövcud çatışmazlıqların həlli istiqamətində tədbirlər görmək;

– Şirkət daxili nizam intizam pozuntularına nəzarət etmək və intizam pozuntuları aşkarlandıqda sənədləşdirmək;

– Şirkət və ona tabe olan müəssisələrdə proseslərin monitorinqində iştirak etmək;

– Cəmiyyətin fəaliyyətinin daxili qayda və siyasətlərinin hazırlanmasında iştirak etmək və proseslərin mövcud qayda və siyasətlərin tələblərinə uyğunluğunu yoxlamaq;

– Daxili proseslərin optimallaşdırılması və effektivləşdirilməsi üçün təkliflər vermək;

– Cəmiyyətin proseslər üzrə risklərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsində iştirak etmək;

– Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrasını həyata keçirmək.

Tələblər

– Maliyyə, Mühasibat uçotu və Audit və ya İqtisadiyyat üzrə ali təhsil.

– Maliyyə, daxili nəzarət, gəlirlərə nəzarət (İncome auditor) və ya audit üzrə 1-3 il iş təcrübəsi;

– Hoteldə iş təcrübəsi;

– Mühasibat uçotu və hesabatlıq üzrə yüksək biliklər;

– Hotel əməliyyatlari və riskləri barədə yüksək biliklər;

– Mübahisə və problemlərlə qarşılaşan zaman yerində həll etmə bacarığı;

– MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar ( xüsusilə MS Excel proqramı üzrə yüksək biliklər);

– İscala, Opera və digər PMS sistemləri üzrə bilik və bacarıqlar;

– Biznes proseslərin təşkili və strukturu üzrə biliklər (xidmət və istehsalat sahəsi);

– MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;

– ERP proqram təminatında işləmək bacarığı;

– Azərbaycan dili – sərbəst;

– Rus və ya ingilis dili – yaxşı səviyyədə;