Otaq xidmətçisi (Housekeeping Attendant)

İşin təsviri

Təsvir

  • Təyin edilmiş bütün qonaq otaqlarını həmçinin digər xidmət və gediş-gəliş yerlərini təmizlik və gigiyena qaydalarına əməl etməklə təmizləmək.
  • Tələb olunan hər bir təlimi keçmək və diqqətli olmaq.
  • Qonaqlara mümkün olan köməkliyi edərək yüksək səviyyədə xidmət göstərmək.
  • Vanna otaqları, yataq otaqlarını qaydasında və düzgün proseduralara əsasən təmizləmək və təchiz olunmuş məhsullarla otaqları qaydaya salmaq.
  • Texniki çatışmamazlıqlar, otelin əmlakının itməsi, dəyən ziyan, qonaqların şübhəli davranışları, itmiş əmlak haqqında gecikmədən müvafiq şöbənin ofisinə məlumat vermək.
  • Zənbil, anbar və xidmət yerlərini səliqəli saxlamaq və növbəti gün istifadə üçün lazımi qaydada təchiz olunmasını təmin etmək.
  • Gec tərk edilən əraziləri və OO-OS otaqları dəqiq proseduralara əsasən təmizləmək.
  • Anbarlarda əlavə yastıq, döşək üzü, yorğan və çarpayı döşəkcəsinin olmasını təmin etmək.
  • Axşam növbəsində dəhlizlərin təmizlənməsi üzrə xüsusi bölgü aparmaq.
  • Axşam növbəsi zamanı dəhlizlərdə zibilin olub olmadığını yoxlamaq və külqabılarını təmizləmək.
  • Yanğın pilləkənlərini və çıxış maneələrini boş saxlamaq.
  • Təmizlik avadanlıqlarını yaxşı vəziyyətdə təmiz saxlamaq, ziyan dəydikdə dərhal məlumat vermək.
  • Qaydalara əsasən qonaq və təmizlik təchizatlarını yoxlamaq.
  • Təmizlik avadanlıqlarını yaxşı vəziyyətdə təmiz saxlamaq, ziyan dəydikdə dərhal məlumat vermək.
  • Tələb olunduqda digər mərtəbə və bölmələrə kömək etmək.
  • Bu vəzifə üzrə irəli sürülən tələbləri həyata keçirmək üçün şirkət tərəfindən müəyyən edilən qayda və proseduralara müvafiq olaraq bütün vəzifə və öhdəlikləri vaxtında və qaydasında yerinə yetirmək.
  • İşçilərin Məlumat kitabında öz əksini tapmış və Otelin Yanğın, Təmizlik, Sağlamlıq və Təhlükəsizlik haqqında qaydalarını anlamaq və onlara ciddi riayət etmək.
  • Baş verə biləcək və mövcud təhlükələr barədə məlumatın verilməsini və dərhal qaydaya salınmasını təmin etmək.

Tələblər

  • Məsuliyyətli və diqqətli olmaq;
  • Komandada işləmək bacarığı;
  • Hotel sahəsində təcrübə üstünlükdür.

İş Yeri:

The Central Point Baku Hotel, Xətai pr. 51