İşin təsviri

Təsvir

  • Bütün qonaqları qarşılamaq və salamlamaq, qeydiyyat prosesində onlara kömək etmək;
  • Otaqların açarlarına ciddi nəzarəti təmin etmək;
  • Şirkətin bütün minimal brend standartlarının həyata keçirilməsini, eləcə də müvafiq sayılan yerlərdə zəruri sayılmayan brend standartlarının həyata keçirilməsini təmin etmək;
  • Şəhərdə və ölkədə otellər və turizm haqqında dəqiq biliklərə malik olmaq;
  • İtən və tapılan əşyalar haqqında xəbər vermək;
  • Qonaqların qəbulu şöbəsinin işçiləri ilə dəstəkləyici və çevik formada sıx fəaliyyət göstərmək, əsas diqqəti otelin ümumi uğuruna və qonaqların məmnunluğuna yönəltmək;
  • İşçilərin “Biz bir komandayıq!” ruhunda çalışmalarını dəstəkləmək və bunu qoruyub saxlamaq;
  • Gəlmələr və getmələr haqqında məlumatları yoxlamaq, baqajların boşaldılması və daşınması, habelə qonaqlar tərəfindən tələb edilən digər xidmətləri təşkil etmək;
  • Hər zaman müstəsna qonaq xidmətlərini təmin etmək;
  • Otelin məhsul və xidmətləri, həmçinin siyasətləri haqqında məlumatlı olmaq;
  • Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq;
  • Qonaqlar və həmkarlarla qarşılıqlı anlaşma şəraitində çalışmaq və xoş iş münasibətlərini qoruyub saxlamaq;
  • Qonaqların qeydiyyat və qeydiyyatdan çıxma prosesində mümkün ən yaxşı xidmətlərlə təmin edilmələrini şəxsən və müntəzəm olaraq yoxlamaq;
  • Qonaqlara dair arxiv sənədlərinin səliqəli ilə aparılmasını və təkrar qonaqların əvvəlcədən qeydiyyata alınmasını təmin etmək;

Tələblər

  • Müvafiq sahə üzrə 1-2 il təcrübə;
  • Məsuliyyətlilik və operativlik;
  • MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar;
  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya İngilis dili – yaxşı səviyyədə;
  • Dinləmə bacarıqları;
  • Konfliktləri həll etmə bacarığı;
  • Detallara diqqətli olmaq.

İş vaxtının norması:

  • 5 günlük iş həftəsi (növbəli qrafik);
  • İstirahət günü: 2 (iki) gün.

Iş Yeri:

Bakı şəhəri, The Central Point Hotel Baku