İşin təsviri

  • TABIA Group brend saytı və TABIA Group MMC-nin idarəçiliyində olan bütün hotellərin saytına nəzarət və idarə edir, vebsayt trafikini və cəlbediciliyini artırmaq üçün komandaya məzmun, dizayn yeniləmələri və ideyalar haqqında rəy təqdim edir;
  • Meta/Google Ads və digər platformalarda onlayn kampaniyalar və reklamların yaradılmasını, həmçinin açılış səhifələrinin tərcümə edilmiş versiyalar da daxil olmaqla reklam trafikini qarşılamağa hazır olmasını təmin edir;
  • Hər bir hotelin seqmentasiyası və brend mövqeyinə uyğun olaraq aylıq və illik rəqəmsal marketinq planları yaradır və ona əməl etməklə sosial şəbəkələrdə reklam/təşviq alətlərini idarə edir;
  • Sosial media kanalları və bütün rəqəmsal platformalar üçün fəaliyyət planını hazırlayır, göstəriciləri ölçür və plana uyğun izləyici kütləsini artırmaq üçün strategiyalar hazırlayır;
  • Axtarış motorlarında veb-saytların sıralamasını nəzərdən keçirir, idarə olunan hotellərin veb-saytlarını müvafiq axtarış şərtləri ilə yeniləyir və vebsaytların mümkün olan ən yaxşı təbii səhifə reytinqinin əldə olunmasını təmin etmək üçün açar sözlərlə təmin edir;
  • Vebsaytların istifadəçi davranışını, performansını, istinad mənbəyini və s., eləcə də vebsaytların onlayn rezervasiya imkanlarının təkmilləşdirmə və genişləndirilməsi ilə bağlı təhlillər edir;

· Rəhbərliyin aidiyyəti xarakterli digər tapşırıq və göstərişlərinin yerinə yetirmək.

Tələblər

Təhsil:

  • Ali təhsil (Marketinq və Kommersiya sahəsində arzu olunandır);

İş təcrübəsi:

  • Rəqəmsal Marketinq sahəsində minimum 1 (bir) il;

Bilik və Bacarıqlar:

  • SEO/SEM, marketinq məlumat bazası, e-poçt, sosial media və ekran reklam kampaniyalarını idarəetmə təcrübəsi;
  • Veb-sayt analitika alətləri haqqında dərin biliklər;
  • Google Ads, Meta Ads və digər platformalarda reklam kampaniyalarının qurulması və optimallaşdırılması təcrübəsi;
  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti – yüksək səviyyədə;

Kompüter bilikləri:

  • MS Office proqramlarından və ofis texnikasından istifadə qabiliyyəti;

Dil bilikləri:

  • Azərbaycan dili – sərbəst;
  • Rus və ya ingilis dili – yaxşı səviyyədə;