Sağlam Həyat tərzi üzrə təlimçi Həkim / Bioenergetics Doctor

İşin təsviri

  • Qonaqların BioEnergetic müayinə və müalicəsini Chenot standartlarına uyğun həyata keçirmək, standart Çin təbabəti müayinəsi və avadanlıqdan istifadə etmək.
  • Qonağın fiziki, emosional və sosial amilləri nəzərə alaraq qeydlərini, hesabatlarını, test nəticələrini təhlil etmək və tibbi vəziyyətini müəyyən etmək.
  • Test nəticələrini qonaqlara izah etmək və müzakirə etmək; Spa terapevtlərinə tövsiyələr vermək.
  • Ehtiyac olduqda (Məsləhətçi Həkim razılığı ilə) akupunktur müalicəsi təmin etmək, bütün riskləri və əks göstərişləri nəzərə almaq.
  • Qonaqların vəziyyətini izləmək, lazım gələrsə prosedurları yenidən qiymətləndirmək, xüsusi problemlərdə digər həkimlərlə əməkdaşlıq etmək.
  • Məxfilik və qərəzsizliyi qorumaq, xidmət keyfiyyətini yüksəltmək üçün peşəkar inkişafı davam etdirmək.

Tələblər

Tələblər:

  • Ali təhsil (Tibb və ya Çin təbabəti sahəsində üstünlük).
  • Minimum 5 il Çin təbabəti, akupunktur və ya osteopatiya təcrübəsi.
  • Akupunktur terapiyası üzrə ixtisas (Osteopathy və Tuina therapy qiymətləndirilir).
  • İngilis dili – yaxşı səviyyədə (danışıq və yazı);Rus dili üstünlükdür.
  • Microsoft Office bilikləri, güclü ünsiyyət, komanda işi, təzyiq altında işləmə və problem həll etmə bacarıqları.

İş vaxtının norması:

  • 5 günlük iş həftəsi (Növbəli qrafik)
  • İstirahət günü: 2 (iki) gün.

Digər üstünlüklər:

  • Nahar şirkət tərəfindən təmin edilir;
  • Tibbi sığorta.

İş yeri:

  • Fəaliyyət ünvanı: Qəbələ şəhəri, “Chenot Palace Gabala”