İşin təsviri
- Müəssisə üzrə qonaqların sayını, orta tarifləri və mənfəəti artırmaq.
- Bir sıra müştərilərlə normal münasibətlər yaratmaq və bu münasibətləri qoruyub saxlamaq, satış hədəflərinə cavab verməyə çalışmaqla işgüzar fəaliyyəti / qonaqların sayını artırmaq.
- Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq.
- Bazarda yüksək profili saxlamaq üçün oteli və ümumiyyətlə “TABİA Group”u təmsil edən ticarət yarmarkalarında, korporativ tədbirlərdə, kampaniyalarda və s. iştirak etmək.
- Müvafiq korporativ məlumat kitabları (ümumdünya məlumat kitabı, ümumdünya təlimatı) və digər müvafiq reklam-informasiya materiallarını paylamaq.
- Bütün fəal müştərilərə dair dəqiq hesabları və məlumat vərəqlərini saxlamaq.
- Bütün müvafiq bazarlar üçün hazırlanmış satışın təhriki strategiyasını həyata keçirmək.
- Tələb olunduqda, satış üzrə növbətçi qrafikində iştirak etmək.
- Fərdi büdcə göstərişlərinə əməl etməklə, aylıq əyləncə qrafikini Satış üzrə Direktora təqdim etmək.
- Satış üzrə gündəlik, həftəlik satış brifinqlərində iştirak etmək.
- Şirkətin göstərişlərinə əməl etməklə, korporativ və səyahət üzrə hesabların səmərəli məlumat bazasını aparmaq.
- Bazarın tələblərini və meyllərini müəyyən etmək, onlar barədə hesabat vermək və həmin tələblərə cavab vermək.
- Rəqiblərin satış kampaniyalarının və şöbə üçün fəaliyyətlərin monitorinqini və təhlilini aparmaq.
- Şöbə üçün səmərəli satış planı və təbliğat fəaliyyətlərini aparmaq.
- Məhsula dair bilikləri daima yeniləmək.
Tələblər
- Ali təhsil.
- Cavabdeh olacaq layihə – YENEE Layihəsi (Lənkəran rayonuna mütamadi gediş-gəliş nəzərdə tutulur).
- Satış sahəsində azı 3 il iş təcrübəsi.
- Dil bilikləri: Azərbaycan və Rus dillərində səlis danışıq.
- Yaxşı səviyyədə ingilis dili bilikləri.
- Əla kommunikasiya və prezentasiya bacarıqları.
- Komandada işləmə və qoyulan məqsədlərə nail olma bacarığı.
- Planlaşdırma və iş vaxtını təşkil etmə bacarığı.
- Satış texnikaları və danışıq aparma bacarığı.
- Öyrənmə və peşəkar inkşaf üçün hazırlıq.
- CRM sistemləri ilə işləm bacarığı.
- B2B və B2C satış təcrübəsi üstünlük sayılacaq.