İşin təsviri
- Müəssisə üzrə qonaqların sayını, orta tarifləri və mənfəəti artırmaq.
- Bir sıra müştərilərlə normal münasibətlər yaratmaq və bu münasibətləri qoruyub saxlamaq, satış hədəflərinə cavab verməyə çalışmaqla işgüzar fəaliyyəti / qonaqların sayını artırmaq.
- Mümkün olduqda aşkar edilmiş bazar seqmentlərindən və işgüzar mənbələrdən istifadə edərək yeni biznesi inkişaf etdirmək və qoruyub saxlamaq.
- Bazarda yüksək profili saxlamaq üçün oteli və ümumiyyətlə “TABİA Group”u təmsil edən ticarət yarmarkalarında, korporativ tədbirlərdə, kampaniyalarda və s. iştirak etmək.
- Müvafiq korporativ məlumat kitabları (ümumdünya məlumat kitabı, ümumdünya təlimatı) və digər müvafiq reklam-informasiya materiallarını paylamaq.
- Bütün fəal müştərilərə dair dəqiq hesabları və məlumat vərəqlərini saxlamaq.
- Bütün müvafiq bazarlar üçün hazırlanmış satışın təhriki strategiyasını həyata keçirmək.
- Tələb olunduqda, satış üzrə növbətçi qrafikində iştirak etmək.
- Fərdi büdcə göstərişlərinə əməl etməklə, aylıq əyləncə qrafikini birbaşa rəhbərinə təqdim etmək.
- Satış üzrə gündəlik, həftəlik satış brifinqlərində iştirak etmək.
- Şirkətin göstərişlərinə əməl etməklə, korporativ və səyahət üzrə hesabların səmərəli məlumat bazasını aparmaq.
- Bazarın tələblərini və meyllərini müəyyən etmək, onlar barədə hesabat vermək və həmin tələblərə cavab vermək.
- Rəqiblərin satış kampaniyalarının və şöbə üçün fəaliyyətlərin monitorinqini və təhlilini aparmaq.
- Şöbə üçün səmərəli satış planı və təbliğat fəaliyyətlərini aparmaq.
- Məhsula dair bilikləri daima yeniləmək.
Tələblər
Təhsil:
Ali
İş təcrübəsi:
5-8 il
Bilik və Bacarıqlar:
- Müştəri məlumat bazalarını idarə etmək bacarığı;
- CRM və loyallıq proqram təminatını dərindən başa düşməli;
- Ölkədaxili və beynəlxalq səyahətlər üçün giriş-çıxış məhdudiyyətlərinin olmaması;
- Peşəkar statistik proqram təminatı və ya ən azı MS Excel-də satış analitikasını həyata keçirmək bacarığı;
- Yerli və xarici səyahət bazarları haqqında ekosistemi bilmək;
- Korporativ və ticari hesabların idarə edilməsi və inkişaf etdirilməsi bacarığı;
- Planlama və təşkilatçılıq;
- Təşkilati həssaslıq.
Kompüter bilikləri:
- Microsoft Office və Opera proqram təminatından istifadə qabiliyyəti – yüksək səviyyədə;
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- Rus və ya ingilis dili – yüksək səviyyədə;
Ünvan: Bakı şəhəri/Hilton Garden Inn Baku/Excelsior Hotel & Spa Baku, Curio Collection by Hilton/The Central Point Baku