İşin təsviri
- Şöbə: Təmizlik
- İşəgötürən: “Hilton Garden Inn Aghdam Hotel” MMC / “Aghdam City Hotel” MMC /TABIA GROUP MMC
- Ünvan: Ağdam şəhəri
Əmək funksiyası:
- Təmizlik şöbəsinin daxili əməliyyatlarına dair təlimatının hazırlanması və yenilənməsinə yardım və nəzarət etmək.
- Kommunikasiya üzrə qeydiyyat jurnallarını oxumaq və yeniləmək.
- Yeni texnologiyalar və avadanlıqların tədqiq edilməsi və müvafiq sayılan yerlərdə tətbiq olunmasını təmin etmək.
- Təmizlik şöbəsinin əməkdaşlarının hər zaman Otel standartlarına uyğun qonaq xidmətləri göstərməsini təmin etmək.
- Təmizlik şöbəsinin əməkdaşlarının müvafiq hallarda, daxili müştərilərə də mükəmməl xidmətlər göstərməsini təmin etmək.
- Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onların başa çatdırmaq.
- Təmizlik şöbəsi ilə bağlı xərclər üçün bütün satınalma sorğuları və hesab-fakturalarını təsdiq etmək.
- Müəssisənin maliyyə hədəflərini və qonaqların ümidlərini doğrultmaq məqsədi ilə bir neçə peşənin birləşdirilməsi, eyni zamanda bir neçə tapşırığın yerinə yetirilməsi üsulundan istifadə etmək, habelə çevik iş qrafikini tərtib etməklə, işçilərin məhsuldarlığını yüksəltmək.
- Əsas icra göstəricilərinə əsasən xərcləri əvvəlcədən idarə etmək və eyni zamanda şöbənin mümkün qədər minimal xərclərlə fəaliyyət göstərməsini təmin etmək.
- Otaqlar şöbəsi üçün illik biznes planının hazırlanmasına kömək etmək.
- Müvafiq hallarda, aylıq təkrar proqnozlaşdırma etmək.
- Otel, şirkət və yerli qaydada müəyyən edilmiş müvafiq qaydalar, siyasətlər və qanunlara riayət edildiyini təmin etmək.
- Qonaqlar üçün ləvazimatlar, Təmizlik ləvazimatları, otaqlar üçün çap materialları və dəftərxana ləvazimatları, yataq dəstləri, uniformalar və s. inventarını aparmağa görə cavabdehlikdaşımaq.
- Tələb olunduqda, əlavə ehtiyat hissələrinin vaxtında sifariş və qəbul edilməsini təmin etmək üçün Təchizat şöbəsi ilə əlaqə saxlamaq.
- Maliyyə şöbəsi tərəfindən tələb olunduqda, ləvazimatlar və əməliyyat avadanlıqlarının inventarlaşdırılmasını həyata keçirmək.
- Otelin güllər ilə bəzədilməsi işlərinin təşkilini, onların müvafiq qaydada qorunub saxlanılmasını (qulluq göstərilməsini) təmin etmək üçün floristlə əlaqə saxlamaq.
- Effektiv proqramların təşkil edilməsini və qorunub saxlanılmasını təmin etmək məqsədi ilə otelin gəmiricilər və həşəratlar ilə mübarizə ilə bağlı müqavilə imzaladığı şirkətlər və digər qurumlar ilə əlaqə saxlamaq.
- Qonaq otaqlarının təmizliyinin təmin edilməsinə nəzarət etmək.
- Qonaqlara nöqsanlı və ya çirkli otaqların verilməməsini təmin etmək.
Tələblər:
- Ali təhsil;
- Təcrübə: Minimum 5 il (3 il rəhbər vəzifə);
- Məsuliyyətlilik, operativlik və qərarvermə qabiliyyəti;
- MS Ofis proqram paketi üzrə bilik və bacarıqlar;
- OPERA proqram təminatında işləmək bacarığı;
- Azərbaycan dili – sərbəst;
- Rus və ya İngilis dili – yüksək səviyyədə;
Fərdi keyfiyyət göstəriciləri:
- Liderlik bacarıqları;
- Mükəmməl ünsiyyət qurma bacarıqları;
- Konflikt həll etmə;
- Danışıqlar aparma qabiliyyəti
- Stress altında işləmə bacarığı
- Qonaq məmnuniyyəti
- Kimyəvi yuyucu/təmizləyici maddələr üzrə biliklər
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
- İstirahət günü: 2 (iki) gün.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Nahar şirkət tərəfindən təmin edilir;
- Korporativ nömrə və danışıq paketi;
- Tibbi sığorta.
İş yeri:
- Ağdam şəhəri.
Müraciət forması:
İşə müraciət üçün elektron poçt ünvanımız: hr@tabia.az
CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd edin. Yalnız vəzifə adı qeyd olunan CV-lərə daha çox üstünlük veriləcəkdir.