Kiçik hüquqşünas/hüquqşünas

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Sənədlərin (ərizə, məktub, sorğu, əmr, protokol və s.) ilkin tərtibatını və rəsmiləşdirməsini həyata keçirmək;
  • Məhkəmə, icra və digər inzibati orqanlara iddiaların, müraciətlərin hazırlanması, yazışmaların aparılması, rəhbərliyin göstərişi olduqda təmsilçilik funksiyasını icra etmək;
  • Müəssisənin fəaliyyətilə bağlı, icarə, alqı-satqı və digər müqavilələrin hazırlanması;
  • Daxili department, şöbə və bölmələrdən gələn hüquqi sorğuların cavablandırılması, zəruri hallarda daxili struktura hüquqi dəstəyin göstərilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • İşində dəqiqlik və detallara diqqətlilik;
  • Məsuliyyətlilik;
  • Kommunikasiya.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (müvafiq sahə üzrə)
  • Pərakəndə satış sektorunda təcrübə arzuolunandır;
  • İngilis və rus dili bilikləri üstünlükdür;
  • Məhkəmə və icra orqanlarında eləcə də korporativ hüquq sahəsində minimum 1 (bir) il hüquq təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kiçik hüquqşünas/hüquqşünas yazaraq cv@tamstore.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.