Vergi Uçotu Bölmə rəhbəri

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Vergi uçotu proseslərinin təşkili və effektiv idarə olunmasının təmin edilməsi;
  • Vergi hesabatlarının düzgün, müəyyən edilmiş müddətlərdə hazırlanmasına nəzarət;
  • Vergi qanunvericiliyində baş verən dəyişikliklərin mütəmadi izlənilməsi və tətbiqinin təmin edilməsi;
  • Dövlət vergi orqanları ilə yazışmaların aparılması və işgüzar münasibətlərin idarə olunması;
  • Vergi risklərinin qiymətləndirilməsi və minimallaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Daxili nəzarət mexanizmlərinin qurulması və təkmilləşdirilməsi;
  • Bölmə əməkdaşlarının fəaliyyətinin təşkili, koordinasiyası və peşəkar inkişafının təmin edilməsi;
  • Rəhbərliyə mütəmadi hesabatların hazırlanaraq təqdim edilməsi.

Tələb olunan bilik və bacarıqlar:

  • Vergi qanunvericiliyi üzrə dərin biliklər və praktiki təcrübə;
  • Vergi hesabatlarının hazırlanması və təqdim olunması üzrə təcrübə;
  • Analitik düşünmə və problemlərin həlli bacarıqları;
  • Komanda idarəetməsi və liderlik qabiliyyətləri;
  • MS Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmə bacarığı;
  • Məsuliyyətlilik və dəqiqlik

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

  • Ali təhsil (Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində);
  • Müvafiq sahədə minimum 3–5 il iş təcrübəsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Vergi uçotu Bölmə rəhbəri” yazaraq cv@tamstore.az elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.