İşin təsviri
- LOGO Tiger ERP sisteminin quraşdırılması, konfiqurasiyası və idarə olunması;
- Şirkətin biznes proseslərinə uyğun ERP strukturunun qurulması və tənzimlənməsi;
- Mühasibatlıq, satış, satınalma, anbar, istehsalat, WMS və digər modullar üzrə dəstək;
- İstifadəçilərə proqram üzrə təlimlərin keçirilməsi və gündəlik texniki dəstəyin göstərilməsi;
- *ERP üzərində hesabatların (raporların) hazırlanması və ya mövcud hesabatların təkmilləşdirilməsi;
- *Yeni modulların tətbiqi və test mərhələsinin idarə olunması;
- *ERP sistemində yaranan nasazlıqların analiz olunaraq həll yollarının tapılması;
- Daxili və xarici audit proseslərində sistemin uyğunluğunun təmin edilməsi;
- ERP ilə digər proqram təminatları (məsələn, e-arşiv, e-fatura, POS sistemləri və s.) arasında inteqrasiyanın təmin edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- LOGO Tiger ERP sistemində ən azı 2 il iş təcrübəsi;
- *LOGO modulları və arxitekturası haqqında ətraflı bilik;
- *SQL Server və ya digər verilənlər bazası sistemləri ilə işləmə bacarığı;
- LOD dili və custom report yazmaq üzrə bilik üstünlükdür;
- Texniki sənədlərlə işləmək və sənədləşdirmə bacarığı;
- Güclü analitik düşüncə və problem həll etmə bacarığı;
- Komanda ilə işləmə və kommunikasiya bacarığı;
- Təlim keçmək və istifadəçiləri maarifləndirmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
- Ali təhsil (İT, Sistem Mühəndisliyi, Mühasibatlıq, Biznesin İdarə Olunması və ya əlaqəli sahə) ;
- LOGO sertifikatları üstünlükdür;
- Mühasibat və ya maliyyə bilikləri əlavə üstünlükdür.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “ERP üzrə Mütəxəssis(LOGO Tiger)” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.