İşin təsviri
- Layihə Büdcəsinin və Podrat təklifləri qiymətlərinin təhlili;
- Müqavilə dəyərlərinin analizi zamanı dəyərləndirmə komandasına köməklik etmək;
- Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin təhlili;
- Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik proseduru sənədlərinin, irəliləyiş hesabatlarının birbaşa rəhbəri ilə bərabər yoxlanılması;
- Podratçılar tərəfindən hazırlanmış maliyyə hesabatlarının yoxlanılması;
- Ödəniş sənədlərinin müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;
- İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatlarların rəhbərliyə təqdim edilməsi;
- Layihələrin maliyyə axınlarının hazırlanaraq tələb olunan müddət ərzində və aralıqda təqdim edilməsi;
- Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrasına dəstək olmaq;
- Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması;
- Tender/sorğu zamanı maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması;
- Büdcələrin Maliyyə planlarının qaydalarına uyğun olaraq hazırlanması və mərhələli şəkildə yenilənməsi;
- Layihə büdcələrinə nəzarət etmək, elektron platformalarda (1C, Aconex) xərclərin düzgünlüyünü və uyğunluğunu təmin etmək, iş strukturu bölmələrinin düzgün olmasını təmin etmək;
- Layihə ilə bağlı dəyişikliklər yarandıqda BoQ Dəyişiklik tarixçəsi cədvəllərinin hazırlanması, təhlil olunması və hesabat verilməsi;
- Rəhbərlik tərəfindən tapşırılan vəzifə təlimatına və öhdəliklərinə uyğun digər oxşar işlərin yerinə yetirilməsi;
- Şirkətdə mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;
- Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi.
Tələblər
- Ali təhsil: İnşaat mühəndisliyi və ya müvafiq (oxşar) ixtisas üzrə ali təhsil;
- İş təcrübəsi: Mülki tikinti sahəsində, oxşar vəzifədə azı 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis. İngilis dili – yaxşı;
- Kompüter bilikləri – MS Office, AutoCad.
- Detallara qarşı diqqətcil olmaq;
- Yüksək ünsiyyət bacarığı;
- Komanda ilə işləmək bacarığı