Senior Digital Marketinq Mütəxəssisi

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Trenders müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərə marketinq, brendinq və rəqəmsal reklam xidmətləri təqdim edən tam xidmətli marketinq agentliyidir. Komandamıza rəqəmsal marketinq strategiyalarını hazırlaya və yüksək büdcəli performans kampaniyalarını uğurla idarə edə biləcək Senior Digital Marketinq Mütəxəssisi axtarırıq.

Vəzifə öhdəlikləri

  • Meta (Facebook və Instagram), Google, TikTok, LinkedIn və digər rəqəmsal platformalarda reklam strategiyalarını hazırlamaq, icra etmək və optimallaşdırmaq;
  • Müxtəlif müştəri layihələri üzrə performans marketinq kampaniyalarını planlamaq, idarə etmək və nəticələrini maksimuma çatdırmaq;
  • Reklam büdcələrini effektiv şəkildə idarə etmək və ROI, ROAS, CPA, CPL kimi əsas performans göstəricilərinə nəzarət etmək;
  • Google Analytics 4, Google Tag Manager, Meta Events Manager və digər analitika alətləri vasitəsilə kampaniya nəticələrini təhlil etmək;
  • A/B testləri hazırlamaq, auditoriya strategiyalarını formalaşdırmaq və konversiya optimallaşdırılması (CRO) üzrə təşəbbüslər irəli sürmək;
  • Müştərilər üçün aylıq və rüblük performans hesabatları hazırlamaq, nəticələri təqdim etmək və inkişaf planları təklif etmək;
  • Dizayn, kontent və account komandaları ilə sıx əməkdaşlıq edərək marketinq strategiyalarının effektiv icrasını təmin etmək;
  • Digital marketinq sahəsində yeni trendləri izləmək və innovativ həllər tətbiq etmək;
  • Junior və Middle Digital Marketinq mütəxəssislərinə mentorluq və metodoloji dəstək göstərmək.

Tələblər

  • Marketinq, Biznes, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Digital marketinq sahəsində minimum 4–5 il iş təcrübəsi;
  • Meta Ads Manager, Google Ads, TikTok Ads və LinkedIn Ads platformalarında peşəkar səviyyədə işləmək bacarığı;
  • Google Analytics 4, Google Tag Manager və Looker Studio üzrə praktiki təcrübə;
  • Performance marketing, lead generation, conversion optimization və remarketing strategiyaları üzrə dərin bilik;
  • Reklam büdcələrinin idarə olunması və nəticəyönümlü optimallaşdırma təcrübəsi;
  • Analitik düşüncə, məlumatların təhlili və qərarvermə bacarığı;
  • Azərbaycan və ingilis dillərində sərbəst, rus dili biliyi üstünlükdür;
  • MS Excel və ya Google Sheets proqramlarında yüksək səviyyədə işləmək bacarığı;
  • Liderlik, yüksək ünsiyyət və komanda ilə effektiv əməkdaşlıq bacarığı.

İş şəraiti

  • İş qrafiki: Tam ştat
  • İş yeri: Sabah Residence Kompleksi, Bakı şəhəri
  • Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Senior Digital Marketinq Mütəxəssisi” qeyd etməklə hr@trenders.team elektron poçt ünvanına göndərə bilərlər.