İşin təsviri
Əgər sən möhkəm tərəfdaşlıq münasibətləri qurmaq bacarığına sahibsənsə, danışıqlar aparmaq sənətini bilirsənsə və e-commerce sahəsində əsas kateqoriyaların inkişafına töhfə vermək istəyirsənsə, onda “Business Development” komandamıza xoş gəlmisən!
İşləyə biləcəyin kateqoriyalar:
- Computing & Gaming
- Food & Grocery
- Mom & Kids
- Petcare
- Home
- DIY & Garden
- Automotive
- Sport
İşə qəbul prosesindən sonra, təcrübənə və maraqlarına əsasən konkret kateqoriya müəyyən olunacaq.
Nə ilə məşğul olacaqsan?:
- Tərəfdaş təchizatçılar portfeli ilə əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi;
- Satıcıların performans göstəricilərinin analizi: GMV, məhsul çeşidi, qiymət siyasəti, mövcudluq;
- Yeni kommersiya imkanlarının təşəbbüsü: eksklüzivlər, sərfəli təchizat modelləri, aksiyalar və s.;
- Müqavilə şərtlərinin optimallaşdırılması, danışıqların aparılması və razılaşmaların yenidən nəzərdən keçirilməsi;
- Təchizatçılarla birgə reklam kampaniyalarının və aktivasiyaların həyata keçirilməsi;
- Məlumatlarla işləmək: KPI-ların monitorinqi, hesabatların təqdim olunması və analiz əsasında qərarların verilməsi;
- Ümumi məqsədlərə çatmaq üçün kateqoriya meneceri və başqaları ilə birgə əməkdaşlıq.
Tələblər
- E-commerce / satış / category management / FMCG sahəsində 3+ il iş təcrübəsi;
- Yaxşı ünsiyyət və danışıqlar aparmaq bacarığı;
- Satınalma, tərəfdaşlıq və satış analitikası proseslərini dərindən anlamaq;
- Excel, Google Sheets və analitik alətlərdə sərbəst işləmək bacarığı;
- Marketinq, menecment, iqtisadiyyat və ya yaxın sahələr üzrə ali təhsil;
- Rus və ya İngilis dillərindən birində yaxşı səviyyədə bilik.