İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müqavilələr, ödəniş aktları, İT inventarının təmir protokolları və satınalma tarixçəsi daxil olmaqla bütün sənədlərin idarə olunması
- Hüquq və maliyyə departamentləri arasında əlaqələndirici rolun yerinə yetirilməsi (müqavilələrin imzalanması, detalları dəqiqləşdirmək, yaranan məsələləri layihə menecerinə eskalasiya etmək)
- Daxili istifadə üçün sorğuların hazırlanması və yayılması (məlumatların toplanması üçün sorğu formalarının hazırlanması)
- Onboarding prosesinin idarə olunması (yeni əməkdaşların məlumatlarının layihə menecerinə ötürülməsi)
- Admin, HR və holdinq daxilindəki digər şirkətlərlə İT məsələləri üzrə koordinasiya (sorğuların layihə menecerinə yönləndirilməsi)
- Layihə meneceri ilə birlikdə İT şöbəsində təcrübə mübadiləsi platformasının təşkilində iştirak
- Sistem administratorları ilə əməkdaşlıq çərçivəsində İT avadanlıqlarının vəziyyətinə nəzarət, qeydiyyatın aparılması və təmir/dəyişdirilməsinin təşkili
Tələblər
Ali təhsil
İT sahəsinə maraqı olan
Azərbaycan dilində səlis danışıq qabiliyyəti
Sənədlərlə və sənəd dövriyyəsi ilə işləmək bacarığı
Rus dili biliyi üstünlükdür
Komanda ilə işləmə və ünsiyyət bacarıqları
İş yeri: Port Baku Towers 1, 19-cu mərtəbə
İş qrafiki: 5/2, 09:00–18:00