Kateqoriya Meneceri — Gözəllik məhsulları

İşin təsviri

Əgər sən parfüm dünyasındakı trendləri yaxşı bilirsənsə və parfümə olan sevgini biznes nəticələrinə çevirmək bacarığına sahibsənsə, bizə qoşul və ən iddialı marketpleyslərdən birində Parfüm kateqoriyasını inkişaf etdir!

Nə ilə məşğul olacaqsan?:

  • Parfüm bazarını, rəqibləri və istehlakçı seçimlərini analiz etmək.
  • Kateqoriyanın inkişafı üçün strategiyanın hazırlanması və həyata keçirilməsi.
  • Assortimentin formalaşdırılması: hansı markalar, qiymət seqmentləri, eksklüziv mövqelər.
  • Satışların effektivliyini qiymətləndirmək.
  • Malların çeşidinin seçilməsi və genişləndirilməsi.
  • Satıcılar və markalarla (o cümlədən beynəlxalq) danışıqların aparılması. Satış şərtlərinin, endirimlərin və bonusların razılaşdırılması.
  • Ən yaxşı SKU-ların mövcudluğunun təmin edilməsi.
  • Rəylərin və reytinqlərin monitorinqi.
  • Markaların/məhsulların reputasiyasının idarə edilməsi.
  • Xidmətin və müştəri məmnuniyyətinin yaxşılaşdırılması üçün tədbirlərin tətbiqi.

Tələblər

  • Kateqoriya meneceri / e-commerce / FMCG sahələrində 3+ il təcrübə;
  • Parfüm bazarını və alıcı davranışını dərindən başa düşmək;
  • Excel, BI alətləri və analitika ilə işləmə bacarığı;
  • Danışıqlar aparmaq və kateqoriya planlaması bacarığı;
  • Ali təhsil (iqtisadiyyat, marketinq, menecment və ya oxşar sahələr);
  • İngilis və ya Rus dillərindən birində yaxşı səviyyədə bilik.