İşin təsviri
- Məhsul vizyonunun və yol xəritəsinin (roadmap) müəyyən edilməsi və strateji hədəflərlə uyğunlaşdırılması;
- Biznes tələblərinin toplanması, prioritetləşdirilməsi və backlog-un effektiv idarə olunması;
- İnkişaf komandası ilə sıx əməkdaşlıq çərçivəsində Agile/Scrum proseslərində aktiv iştirak;
- Məhsul və funksiyaların vaxtında və yüksək keyfiyyətlə təqdim olunmasının təmin edilməsi;
- Test nəticələri, bazar təhlili və KPI göstəriciləri əsasında məhsul performansının izlənməsi və davamlı təkmilləşdirilməsi.
Üstünlüklərimiz:
- Rahat və müasir iş mühiti, peşəkar inkişaf üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramı;
- Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan komanda mühiti.
Tələblər
- Biznes, İT və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- Fintex və ya bank sektorunda məhsul idarəetməsi, məhsul sahibliyi (Product Owner) və ya biznes analizi sahəsində 3–5 il iş təcrübəsi;
- Rəqəmsal bankçılıq, kart məhsulları (kredit, debet, əvvəlcədən ödənişli) və ödəniş ekosistemləri üzrə möhkəm biliklər;
- Agile metodologiyaları və alətləri (məsələn, Jira, Confluence) üzrə praktik və peşəkar səviyyədə bilik;
- Güclü analitik düşüncə, təşkilati və problem həll etmə bacarıqları;
- Biznes tələblərini texniki spesifikasiyalara çevirmək bacarığı;
- Güclü kommunikasiya və stakeholder idarəetmə bacarıqları.
Üstünlük sayılır:
- Ödəniş aqreqatorları və ödəniş prosessorları ilə iş təcrübəsi;
- VISA Transfer, Mastercard MoneySend, ANİ PAY, SWIFT, Zolotaya Korona, Western Union kimi ödəniş sistemləri ilə iş təcrübəsi;
- Professional Scrum Product Owner (PSPO I/II) və ya Project Management Institute (PMI) sertifikatlarının mövcudluğu.