Aparıcı Məhsul Sahibi (Debit Products Squad)

İşin təsviri

  • Məhsul vizyonunu və yol xəritəsini müəyyən etmək və strateji hədəflərlə uyğunlaşdırmaq;
  • Biznes tələblərini toplamaq, prioritetləşdirmək və backlog-u idarə etmək;
  • Development komandası ilə sıx əməkdaşlıq edərək Agile proseslərində iştirak etmək;
  • Məhsul və funksiyaların vaxtında və keyfiyyətli şəkildə təqdim olunmasını təmin etmək;
  • Test, bazar təhlili və KPI-lar vasitəsilə məhsul performansını izləmək və təkmilləşdirmək.

Üstünlüklərimiz:

  • Rahat iş mühiti və peşəkar inkişaf üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma imkanı;
  • Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.

Tələblər

Əsas tələblər:

  • Biznes, İT və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
  • Fintex və ya bank sektorunda məhsul idarəetməsi, məhsul sahibliyi və ya biznes analizi sahəsində 3–5 il iş təcrübəsi;
  • Rəqəmsal bankçılıq, kart məhsulları (kredit, debet, əvvəlcədən ödənişli) və ödəniş ekosistemləri üzrə möhkəm bilik;
  • Agile metodologiyaları və alətləri (məsələn, JIRA, Confluence) üzrə peşəkar bilik;
  • Güclü analitik, təşkilati və problem həll etmə bacarıqları;
  • Biznes tələblərini texniki spesifikasiyalara çevirmək bacarığı;
  • Əla kommunikasiya və maraqlı tərəflərin (stakeholder-lərin) idarə olunması bacarığı.

Əlavə tələblər:

  • Kart idarəetmə sistemləri və ödəniş prosessorları ilə iş təcrübəsi;
  • VISA, Mastercard, American Express kimi ödəniş sistemləri ilə iş təcrübəsi;
  • EMV, PCI DSS və ISO 8583 mesajlaşma standartları üzrə bilik və ya təcrübə;
  • Professional Scrum Product Owner (PSPO I–II) və ya Project Management Institute (PMI) sertifikatlarının olması üstünlükdür.