İşin təsviri
- Biznes tələblərini toplayaraq tələb olunan hesabatları və data panellərini tərtib etmək və bu tələblərin həm texniki, həm də biznes aspektlərini müəyyənləşdirmək;
- SQL və PL/SQL-dən istifadə edərək məlumatları çıxarmaq, emal etmək və biznes tələblərinə uyğun hesabatları hazırlamaq;
- Tələb olunan hesabatları BI alətləri ilə vizuallaşdırmaq;
- Hesabatlarda və data panellərində istifadə olunan data mənbələri üçün data keyfiyyət standartlarının təhlilində digər mütəxəssislərlə birlikdə iştirak etmək;
- Yeni data tələblərini, təhlil strategiyalarını və hesabat mexanizmlərini müəyyən etmək üçün biznes və İT bölmələri ilə əlaqə qurmaq və müzakirə aparmaq;
- Bütün hesabat və data panellərin dəyişikliklər və əlavələri üçün sənədləşməni aparmaq;
- Requlyator (regulator), rəhbərlik (management), əməliyyat (operational), özünəxidmət (self-service) hesabatlarının və data panellərinin qurulması, müxtəlif biznes sahələri üçün datamart-ların tərtib edilməsi məqsədilə texniki infrastrukturu və biznes həllərini dizayn və tətbiq etmək.
Tələblər
- BI mühəndisi, hesabat mütəxəssisi və ya Data Analitik olaraq minimum 2 il iş təcrübəsi (bank sektorunda təcrübə üstünlükdür);
- Kompüter Elmləri, mühəndislik və ya müvafiq sahələr üzrə bakalavr dərəcəsi;
- BI texnologiyaları ilə (məs., Apache Superset, Oracle BI, Tableau, Tibco) işləmə bacarığı;
- Oracle SQL, PL/SQL və PostgreSQL üzrə yüksək səviyyədə bilik;
- Data modelləşdirmənin əsasları və ETL/ELT konsepsiyaları üzrə biliklər;
- Təşəbbüskarlıq, yenilikçi yanaşma və məsuliyyətlilik;
- Analitik düşüncə tərzi və problem həll etmə qabiliyyəti;
- İnkişafa və öyrənməyə meyllilik, komanda ilə işləmə bacarığı;
- İngilis və Azərbaycan dilini bilmək mütləqdir, Rus dili arzuolunandır.