Biznes kreditlərinin monitorinqi bölməsinin Baş Mütəxəssisi/ Aparıcı Mütəxəssisi

İşin təsviri

· Bankın SME kredit portfeli üzrə davamlı monitorinq və müştəri davranışlarının təhlili;

· Kredit portfelində risklərin vaxtında aşkarlanması və erkən xəbərdarlıq siqnallarının (EWS) müəyyən edilməsi;

· Müştərinin maliyyə göstəricilərinin dövri əsasda yenilənməsi və təhlil edilməsi (DSCR, dövriyyə, debitor/kreditor borcları və s.);

· Müştəri öhdəliklərinin yerinə yetirilməsinə nəzarət – gecikmələrin, restrukturizasiyaların və qeyri-standart hallarının təhlili;

· Kredit şərtlərinin (kovenantların) yerinə yetirilməsi ilə bağlı nəzarət və hesabatlılıq;

· Problemli kreditlər üzrə ilkin diaqnostika və risklərin eskalasiyası üçün tövsiyələrin hazırlanması;

· Sahə monitorinqlərinin təşkili və müştərinin biznes fəaliyyətinin real vəziyyətinə dair yoxlamaların aparılması;

· Kredit dosyelərinin və müştəri sənədlərinin təhlili, zəruri hallarda yenilənməsinə nəzarət;

· Kredit portfeli üzrə statistik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması.

Tələblər

· Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;

· Kreditlərin monitorinqi və/və ya maliyyə təhlili sahəsində ən azı 2 il iş təcrübəsi;

· Kredit portfeli üzrə risklərin idarə olunması və siqnal analizləri üzrə biliklər;

· Bank sektoru və Mərkəzi Bankın normativ sənədləri üzrə baza biliklər;

· Sahə yoxlamalarında iştirak və yerli bizneslərin fəaliyyət prinsipləri barədə məlumat üstünlükdür;

· Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti.