İşin təsviri
- Müxtəlif bank əməliyyatlarına dair məlumatların toplanması, təmizlənməsi və analiz olunması;
- SQL vasitəsilə müştəri, kredit, əməliyyat və tranzaksiya məlumatlarının çıxarılması və təhlili;
- Analitik hesabatların hazırlanmasında Data Analitika komandasına dəstək göstərilməsi;
- Power BI və ya Excel vasitəsilə vizuallaşdırılmış dashboard-ların hazırlanmasına kömək;
- Bank daxilində müxtəlif şöbələrin analitik sorğularının yerinə yetirilməsində iştirak;
- Məlumat keyfiyyəti ilə bağlı problemlərin müəyyən edilməsi və rəhbərliklə paylaşılması;
- Mövcud datalardan trendlərin, nümunələrin çıxarılması və sadə təkliflərin hazırlanması.
Tələblər
- İqtisadiyyat, Maliyyə, Kompüter elmləri, Riyaziyyat və ya Analitik yönümlü digər ixtisaslar üzrə ali təhsil (tələbə və ya yeni məzun)
- SQL üzrə əsas anlayışlar və praktiki biliklər
- Power BI üzrə biliklər
- Analitik və məntiqi düşüncə qabiliyyəti, detallara diqqət
- Komanda ilə işləməyə və öyrənməyə açıq olmaq
- Bank məlumatlarının məxfiliyinə ciddi yanaşmaq və etik davranış sərgiləmək.