Data Analytics Specialist / Daxili Auditor

İşin təsviri

· Audit proqramlarının hazırlanması və prosedurların icrası çərçivəsində sübutların toplanmasında iştirak;

· Yoxlama nəticələri üzrə risklərin qiymətləndirilməsi və tövsiyələrin hazırlanmasında iştirak;

· Audit tapıntıları üzrə razılaşdırılmış tədbirlərin icrasına müntəzəm nəzarət;

· Risk-əsaslı yanaşmanın və daxili audit metodologiyasının təkmilləşdirilməsində iştirak;

· Data analitika alətlərindən istifadə etməklə prosedurların icrası və sübutların analitik üsullarla əldə olunması;

· Daxili audit çərçivəsində davamlı audit və monitorinq mexanizmlərinin qurulması və tətbiqində iştirak;

· Təkrarlanan yoxlamaların avtomatlaşdırılması və analitik əsaslı yanaşmaların təkmilləşdirilməsi.

Tələblər

· Ali təhsil: informasiya texnologiyaları, statistika, data elmləri, iqtisadiyyat və ya əlaqəli ixtisaslar;

· Bank sektorunda IT və ya daxili audit, data analitikası və risklərin idarəedilməsi sahələrində minimum 1 il iş təcrübəsi;

· SQL vasitəsilə verilənlər bazasından məlumat çıxarma və təhlil etmə bacarığı;

· Python proqram təminatı vasitəsilə təkrarlanan yoxlamalar üzrə avtomatlaşdırma işlərinin aparılması;

· Power BI və ya digər BI alətləri ilə dashboard hazırlanması;

· Daxili audit prinsipləri və risk əsaslı audit yanaşması üzrə biliklər;

· Analitik düşünmə qabiliyyəti, yüksək məsuliyyətlilik və təşəbbüskarlıq (proaktiv yanaşma);

· Güclü kommunikasiya və komanda ilə effektiv əməkdaşlıq bacarığı;

· İngilis dilində texniki sənədləri anlama, təhlil etmə və peşəkar hesabatlar hazırlama bacarığı.